Yeni
Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş "dəyirmi
masa"
Noyabrın 8-də
Azərbaycan Müəllimlər
İnstitutunda Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbirdə institutun rəhbərliyi,
professor-müəllim heyəti,
gənc fəallar iştirak etdilər.
"Dəyirmi masa"da YAP-ın AMİ təşkilatının
sədri, ibtidai və məktəbəqədər
təhsilin metodikası
kafedrasının müdiri,
professor Mircəfər Həsənov
YAP-ın yaranma tarixindən, dövlətimiz
üçün əhəmiyyətindən,
xalq arasındakı nüfuzundan danışdı.
O bildirdi ki, 1992-ci ildə əsası
qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən
dövlətimizin rifahı
üçün dayanmadan
çalışmışdır. Professor M.Həsənov partiya haqqında danışarkən ümummilli
lider Heydər Əliyevin misilsiz xidmətlərindən, dahi
şəxsiyyət kimi
nümunəvi keyfiyyətlərindən
və bu partiyaya verdiyi dəyərdən, eyni zamanda ulu öndərin
gəncliyə göstərdiyi
qayğıdan danışdı.
Ulu öndərin daxili və xarici siyasətinin YAP-ın sədri, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini qeyd edən natiq çıxışının
sonunda institutun rektoru, Milli Məclisin deputatı,
professor Aqiyə Naxçıvanlının
və öz adından bütün
professor-müəllim heyətini
və tələbələri
yubiley münasibətilə
təbrik etdi.
Sonra ibtidai və
məktəbəqədər təhsilin metodikası kafedrasının müəllimi
Vaqif İsmayılov müstəqillik dövründə
Azərbaycan təhsilinin
inkişafı ilə
bağlı həyata
keçirilən layihələrdən
bəhs etdi.
Ölkəmizdə təhsil sahəsində
əldə edilmiş
nailiyyətlərdən, dərsliklərin
hazırlanmasından danışdı.
Təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının müəllimi,
dosent Əsabəli Quliyev Azərbaycan təhsilinin bugünkü
inkişafında ümummilli
lider Heydər Əliyevin xidmətlərindən
söz açdı, öz fikirlərini tədbir iştirakçıları
ilə bölüşdü.
Tədbirdə iştirak edən digər müəllimlər
də YAP-ın ölkəmizin inkişafında
mühüm əhəmiyyətindən
bəhs edərək partiya tərəfindən
həyata keçirilən
və müxtəlif sferaları əhatə edən böyük layihələrin müsbət
nəticələri haqqında
fikirlərini bildirdilər.
Çıxış edənlər
ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış
Yeni Azərbaycan Partiyasının ötən
iyirmi il
ərzində müstəqilliyimizin,
dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin
inkişafında müstəsna
xidmətlərinin olduğunu
diqqətə çatdırdılar.
Çıxışlarda Azərbaycan
Müəllimlər İnstitutunda
rektor, professor A.Naxçıvanlının
rəhbərliyi ilə
ali təhsil
müəssisələri içərisində
oxşarı olmayan ən böyük xüsusi mərkəzin - Heydər Əliyev Mərkəzinin yaradılması,
mərkəzin əməkdaşları
tərəfindən ulu
öndərin irsinin öyrənilməsi və
təbliği ilə əlaqədar aparılan işlərin əhəmiyyətindən
bəhs edildi.
AMİ-nin Tələbə Gənclər
Təşkilatının sədri
Nərmin Ərəbli
ulu öndər Heydər Əliyev və onun layiqli
davamçısı, ölkə
başçısı cənab
İlham Əliyev tərəfindən Azərbaycan
gəncliyinə verilən
qiyməti xüsusi qeyd edərək onlar üçün ölkəmizdə yaradılmış
şəraitdən danışdı.
O, həmçinin YAP Nərimanov
rayon təşkilatı tərəfindən
keçirilən bütün
tədbirlərdə, liderlik
məktəblərində institutun
tələbələrinin aktiv
iştirak etdiklərini,
müxtəlif diplomlarla
təltif olunduqlarını
bildirdi. II kurs
tələbəsi Emil Paşayev
çıxış edərək
dövlət tərəfindən
gənclərə göstərilən
qayğı, qəbul
edilmiş proqramlar,
YAP-ın müasir gənclik üçün
böyük önəm
daşıması haqqında
fikirlərini çatdırdı.
Sonda partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim
olundu.
Azərbaycan Müəllimlər İnstitutunun Tələbə
Gənclər Təşkilatı
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.5.