Amerika Birləşmiş Ştatlarında ali məktəblərə qəbul qaydaları

 

Amerika Birləşmiş Ştatlarında 12 illik orta təhsil pilləsini başa vuran şagirdlər 2 illikya 4 illik kolleclərə, eləcə də universitetlərə daxil ola bilərlər. 2 illik kolleclər icma kollecləri kimi tanınır. Bu kolleclərə daxil olmaq istəyən şagirdlər əsasən oxu, yazı və riyaziyyat fənləri üzrə test imtahanı verirlər. 2 illik kolleclərə qəbul imtahanları təhsil müəssisələrinin özləri tərəfindən aparılır. Tələbələrə təhsillərini başa vurduqdan sonra sertifikatya diplom verilir. 2 illik kollecləri bitirən abituriyentlər 4 illik kolleclərə və ya universitetlərə daxil olmaq üçün əlavə test imtahanı verməlidirlər.  ABŞ-da ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslərdən orta məktəb nailiyyətləri haqqında sənəd (GPA), müəllimlərin zəmanəti, inşa yazı işi ilə yanaşı, SAT (təhsilin qiymətləndirilməsi testi), SAT Fənn Testləri və ya ACT (Amerika kollec testi) imtahanının nəticələri tələb olunur.

 

SAT testi 1926-cı ildə müstəqil qeyri-kommersiya təşkilatı olan Kollec Şurası tərəfindən yaradılıb. Bu testin nəticələri orta təhsili başa vuran istənilən şagirdin ali məktəbə hazırlığının göstəricisi hesab edilir.

SAT testi vasitəsilə namizədlərin oxu, riyaziyyat və yazı bacarıqları, həmçinin orta məktəbdə qazandıqları biliklər yoxlanılır. Bundan əlavə, bu test namizədlərin öz biliklərini praktiki fəaliyyətdə tətbiq etmək qabiliyyətini müəyyənləşdirməyə yardım edir.

SAT testi oxu, yazı və riyaziyyat bölmələrindən ibarətdir.

Oxu bölməsində namizədlərdən elmi mətnləri və ya həmin mətnlərdən seçilmiş parçaları (mətnlər müxtəlif mövzuda ola bilər - təbiət, humanitar və sosial elmlər üzrə) oxumaq tələb olunur. Daha sonra mətnin sonunda verilmiş suallar cavablandırılır. Cavablar dolğun, qrammatik cəhətdən düzgün və əsaslandırılmış olmalıdır. Bundan əlavə, namizədlərdən mətnlərin üslub baxımından və mətn parçalarının müqayisəli təhlilini aparmaq istənilə bilər. Oxu bölməsi namizədlərin nəticə çıxarmaq, məlumatı ümumiləşdirmək və mətnin məzmununu dərk etmək qabiliyyətini qiymətləndirməyə imkan verir.

Yazı bölməsi 2 hissədən ibarətdir: test suallarına cavab verilməsi və verilmiş mövzu üzrə inşa yazısı. Bu bölmə namizədin fikri aydın və təsirli ifadə etmək, cümlələrdəki səhvləri aşkarlamaqla yazını redaktə etmək və paraqraflar arasında ideya bağlılığını möhkəmləndirmək bacarığını üzə çıxarır.

Riyaziyyat bölməsi cəbr, həndəsə, habelə statistik məlumatların, cədvəl və qrafiklərin təhlili üzrə verilmiş suallardan ibarətdir. Bu bölmə riyazi anlayışlardan istifadə etməyi, cədvəl, diaqram və qrafiklərdə əks olunan göstəricilərin izahını verməyi tələb edir.  

ABŞ-da SAT testini ildə 7 dəfə vermək olar. Abituriyentlərin əksəriyyəti bu testi ildə bir ya iki dəfə verirlər. Kollec Şurası abituriyentlərə SAT testini ildə 2 dəfədən artıq verməməyi məsləhət görür. Buna əsas səbəb kimi testin il ərzində 2 dəfədən çox verilməsinin abituriyentin nəticəsinə müsbət təsir etmədiyi göstərilir.

SAT testində hər bölmə üzrə (oxu, riyaziyyat yazı) maksimum bal 800-dür. SAT-da oxu riyaziyyat bölmələrinin hər birinə 70, yazı bölməsinə isə 60 dəqiqə vaxt ayrılır.

Abituriyentlər SAT testinin nəticələrini 4 ali məktəbə göndərə bilərlər. Testin nəticələri onlayn, elektron poçt ya telefon vasitəsilə istənilə bilər.

Qeyd edək ki, hər il 7 milyondan çox abituriyent ali məktəblərə qəbul olmaq üçün SAT testini seçir. 2012-2013-cü tədris ilində SAT testi üzrə qeydiyyat haqqı 50 ABŞ dolları məbləğində müəyyən olunub.

ABŞ-da ali məktəblərə qəbul olmaq istəyənlərdən SAT testi ilə yanaşı, SAT Fənn Testlərinin nəticələri tələb edilə bilər. Bu testlər müəyyən bir fənn üzrə verilir 1 saat davam edir. Bəzi ali məktəblər bir ya bir neçə SAT Fənn Testlərinin nəticəsini tələb edə bilər. Fənn testlərinin əsas üstünlüyü abituriyentə ən yaxşı bildiyi fənn üzrə imtahan vermək imkanının yaradılmasıdır.

SAT Fənn Testləri 5 əsas sahəni - ingilis dili, tarıx, dillər, riyaziyyat təbiət elmlərini əhatə edən 20 fənn üzrə test imtahanından ibarətdir. Hər fənn üzrə cavablar 200-800 balla qiymətləndirilir. SAT Fənn Testləri il ərzində 6 dəfə keçirilir.  

SAT testi ya SAT Fənn Testlərindən hər hansı birinin seçilməsi abituriyentin hansı ali məktəbə daxil olmaq istəməsindən, habelə həmin ali məktəbin hansı testə üstünlük verməsindən asılıdır.

Abituriyentlər ali məktəblərə daxil olmaq üçün SAT ya SAT Fənn Testləri ilə yanaşı ACT (American College Testing - Amerika Kollec Testi) imtahanını da verə bilərlər. Bu imtahan 1959-cu ildə Everet Franklin Lindkvistin təsis etdiyi eyniadlı ACT müstəqil qeyri-kommersiya təşkilatı tərəfindən SAT testinə rəqib kimi yaradılıb.

ABŞ-da fəaliyyət göstərən bir çox 4 illik kollec universitet ACT imtahanının nəticələrini qəbul edir. ACT ildə 6 dəfə - sentyabr, oktyabr, dekabr, fevral, aprel iyun aylarında keçirilir. Bu imtahan ingilis dili, riyaziyyat, oxu elmi mühakimə testlərindən ibarətdir. Bundan əlavə, abituriyentlər bəzi ali məktəblərin tələbi ilə yazı testi verə bilərlər.

İngilis dili testi 45 dəqiqə ərzində aparılır  75 sualdan ibarətdir. Test namizədin yazıda qrammatik punktuasiya (durğu işarələrinin qoyulması) qaydalarından cümlə quruluşunun düzgün istifadəsi üzrə biliklərini, həmçinin ritorik bacarıqlarını aşkarlamağa kömək edir. 

Riyaziyyat testi 60 sualdan ibarətdir 1 saat davam edir. Bu test zamanı abituriyentin ilkin riyazi bilikləri yoxlanılır. Riyaziyyat testi, həmçinin namizədlərin cəbr   həndəsə üzrə bilik səviyyəsini müəyyənləşdirmək imkanı yaradır. 

Oxu testi 35 dəqiqə ərzində aparılır 40 sualdan ibarətdir. Test zamanı abituriyentlərə kitab jurnallardan seçilmiş 4 mətndən parçalar verilir. Birinci mətn ədəbi əsərlərə (qısa hekayə novellalar), ikinci mətn ictimai elmlərə (tarix, iqtisadiyyat, psixologiya, politologiya antropologiya), üçüncü mətn humanitar elmlərə (incəsənət, arxitektura, fəlsəfə, din), dördüncü mətn isə təbiət elmlərinə (biologiya, kimya, fizika) aid olur.

Elmi mühakimə testi 35 dəqiqə davam edir 40 sualdan ibarətdir. Suallar abituriyentin şərh etmək, təhlil etmək, qiymətləndirmək, müzakirə etmək tapşırığı yerinə yetirmək bacarıqlarını üzə çıxarır. Abituriyentlərə biologiya, coğrafiya, kimya fizika üzrə elmi mətnlərdən yeddi hissə verilir. Bütün hissələr müəyyən bir hadisəyə müxtəlif alimlərin baxışını əks etdirən elmi araşdırmalardan seçilir. Hər hissənin sonunda 5-7 sual verilir.

Elmi mühakimə testi əsasən üç istiqamətdə aparılır:

Təqdimat - məlumatı başa düşmək qiymətləndirmək;

Araşdırmanın nəticəsi - araşdırma obyektinin mahiyyətinə varmaq onu təhlil etmək;

Ziddiyyətli fikir - iki ya üç alternativ fərziyyəni, nəzəriyyəni ya baxışı qiymətləndirmək.

Yazı testi 30 dəqiqə çəkir namizədin yazı bacarığını müəyyənləşdirmək imkanı verir. Bu testdə əsasən sosial mövzulara üstünlük verilir. Yazı testi yalnız ingilis dili üzrə testin cavablarına təsir göstərir. Əgər abituriyent bu testdən keçə bilmirsə, o zaman hər iki test üzrə ümumi nəticədən 2 bal çıxılır.

Qeyd edək ki, ACT imtahanında ingilis dili, riyaziyyat, oxu elmi mühakimə üzrə testlər 1-36 balla, yazı testi isə 2-12 balla qiymətləndirilir.

ACT imtahanını verən abituriyentlər müəyyən məbləğdə ödəniş həyata keçirirlər. Belə ki, 2012-2013-cü tədris ilində yazı testi olmadan verilən ACT imtahanı üçün qeydiyyat haqqı 45 ABŞ dolları, yazı testi ilə birgə keçirilən imtahan üçün isə 50 dollar 50 sent məbləğində müəyyən olunub.

 

 

Hazırladı: Leyla HEYDƏROVA

 

Yazı ABŞ-da tələbə qəbulunu həyata keçirən Kollec Şurası ACT təşkilatlarının rəsmi saytlarının məlumatları əsasında  hazırlanıb.

 

Azərbaycan müəllimi.- 2012.- 23 noyabr.- S.7.