Paytaxt məktəblərində
reydlər
Noyabrın
21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
təşəbbüsü və media nümayəndələrinin
iştirakı ilə paytaxtın Yasamal rayonundakı ümumtəhsil
məktəblərində reydlər keçirildi. Reydlərdə
məqsəd təhsil ocaqlarında məktəbli
formasından istifadə edilməsi vəziyyətini və
istilik sistemini yoxlamaq idi. Reydlər
paytaxtın 11 rayonunda
eyni vaxtda keçirildi. Bizim də daxil
olduğumuz monitorinq qrupu reydə Yasamal rayonundakı 308
nömrəli orta məktəbdən başladı. Şagirdlərin
vahid məktəbli formasına riayət olunması, istilik sistemi ilə
bağlı buradakı vəziyyəti qənaətbəxş
hesab etmək olardı. Belə ki, istər ibtidai siniflərdə,
istərsə də yuxarı siniflərdə vahid məktəbli
formasına əməl olunurdu, istilik sistemi işlək vəziyyətdə
idi.
Sonra 38
nömrəli məktəbə yollandıq. Cari ildə əsaslı
təmir olunan məktəbin istilik sistemi yüksək səviyyədə
işləyirdi. Vahid məktəbli formasının tətbiqinə
gəldikdə isə müxtəlif siniflərdə 1-2
şagirddən başqa, demək olar ki vəziyyət normal
idi. Adıçəkilən məktəbdə ürəkaçan
görüntülərdən biri də müəllimlərin
vahid formada olması idi.
Reydlər
zamanı KİV nümayəndələrinə müsahibə
verən BŞTİ-nin İctimaiyyətlə əlaqələr
sektorunun müdiri Zəminə Əliqızı reydlərin
davam edəcəyini bildirdi. O, vahid məktəbli formasının
icbari xarakter daşıdığını, lakin buna baxmayaraq
forma geyinməyən şagirdlərə qarşı cəzaların
tətbiq edilməsinin qanunla mümkün
olmadığını, yalnız həmin məktəblərin
direktorlarının məsələyə daha diqqətlə
yanaşmalı olduğunu qeyd etdi. Bəzi məktəbli qızların formalarının ətəklərinin
qısa olduğunu, şagirdlərin müxtəlif
aksessuarlardan istifadə etdiyini
bildirən Z.Əliqızı bu məsələyə,
birinci növbədə, valideynlərin nəzarət etməli
olduqlarını nəzərə çatdırdı. Satışda olan formaların ətəklərinin
o qədər qısa olmadığını qeyd edən Z.Əliqızı
məktəb direktorlarının da bu məsələyə
ciddi yanaşmalarının vacib olduğunu bildirdi.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.6.