Qətərin paytaxtı Doha şəhərində "Təhsildə innovasiyalar üzrə Dünya Sammiti" keçirilib

 

12-16 noyabr 2012-ci il tarixlərdə Qətərin paytaxtı Doha şəhərində "Təhsildə innovasiyalar üzrə Dünya Sammiti" keçirilmişdir. Sammitdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov və Bakı şəhəri 23 nömrəli məktəbin müəllimi, 2011-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Vəfa Zeynalova iştirak etmişdir.

Sammit Qətər Fondunun prezidenti, ölkənin birinci xanımı Şeyxa Moza bint Naser Əl-Misnədin təşəbbüsü ilə təşkil edilmişdi. Sammitin məqsədi təhsildə innovasiyaların tətbiqi sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, bu istiqamətdə yeni təşəbbüslərin irəli sürülməsi, təhsilə investisiyaların yönəldilməsi olmuşdur.

Sammitdə dünyanın 100 ölkəsindən 200 nəfər, o cümlədən beynəlxalq təşkilatların, özəl sektorun, QHT-lərin nümayəndələri, təhsil ekspertləri iştirak edirdilər.

Noyabrın 13-də sammitin I plenar iclası keçirildi. "Təhsil cəmiyyət", "Təhsil ətraf mühit", "Təhsil fəaliyyət" mövzularında debatlar aparıldı. Debatlarda YUNESKO-nun Baş direktoru İrina Bokova, Rusiya prezidentinin müşaviri Andrey Fursenko, Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun digər təhsil ekspertləri iştirak etdilər. Sammit "Təhsil idman", "Təhsil mədəniyyət", "Təhsilin cəmiyyətin inkişafına təsiri" mövzularında müzakirələrlə davam etdirildi.

Noyabrın 14-də sammitdə yeni qlobal təhsil təşəbbüsü irəli sürüldü, təşəbbüsün məqsədi dünyada "Hər uşağa təhsil" məqsədinin reallaşdırılmasından ibarət idi. "Təhsil imkanlarının reallaşdırılması", "Erkən yaş dövründə təhsil", "Təhsil maliyyələşdirmə: innovativ modellərin qiymətləndirilməsi" mövzuları üzrə müzakirələr aparıldı.

Sammitin gedişində "Qızların təhsilə cəlb edilməsi" (Türkiyə təcrübəsi), "Gələcək üçün keyfiyyətli təhsil" (Malayziya təcrübəsi), "Keyfiyyətli təhsilə maneələrin aradan qaldırılması" mövzularında ölkələrin təqdimatları dinlənildi.

Noyabrın 15-də "Təhsil mühitinin yaradılması" mövzusunda II plenar iclas keçirildi. "Öyrənməkdə olan cəmiyyətlər: yeni əlaqələrin yaradılması", "İnnovasiyaların mənimsənilməsi tətbiqi: əldə olunmuş nailiyyətlər barədə təcrübə mübadiləsi", "Gələcək təhsil modelinin qurulması" mövzularında müzakirələr təşkil edildi.

Eyni zamanda "Biz innovasiyaların tətbiqinə hazırıqmı", "Məhdud iqtisadi imkanlara malik olan ölkələrdə şagirdlərin təhsilə cəlb edilməsi", "Müəllim hazırlığı", "Təhsildə əməkdaşlıq", "Öyrənmənin gələcək strategiyaları", "İqtisadi inkişafda təhsilin rolu" mövzularında sessiyalar keçirildi. Sammitdə müxtəlif mövzular üzrə ümumilikdə 70-dək sessiya təşkil olunmuşdu.

Sammit iştirakçılarına müstəqillik illərində Azərbaycanın dinamik inkişafı, inkişaf tempinə görə dünyanın lider ölkələrindən birinə çevrilməsi, yaradılmış əlverişli təhsil imkanları həyata keçirilən təhsil islahatları, əldə olunan nailiyyətlər barədə geniş məlumat verildi. Qısa müddət ərzində ölkəmizdə təhsilin inkişafı sahəsində əldə olunan nailiyyətlər sammit iştirakçılarında geniş maraq doğurdu. Bir çox iştirakçılar Azərbaycan təcrübəsini öyrənmək üçün ölkəmizə səfər etmək təşəbbüslərini irəli sürdülər. Eyni zamanda sammitdə iştirak edən ölkələrin - Qətər, Türkiyə, Keniya, Kamerun, Qazaxıstan, Çin, ABŞ digər ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

Sammitin əhəmiyyətli cəhəti kimi qeyd etmək lazımdır ki, müxtəlif ölkələr təhsil sahəsində layihələr hazırlayaraq sammitin təşkilat komitəsinə təqdim edirlər. Həmin layihələr qiymətləndirilir hər ilin ən yaxşı altı layihəsi seçilir. Birinci yerə layiq gorülmüş layihə 50 min dollar məbləğində, digər beş layihənin hər biri isə 20 min dollar həcmində mükafatlandırılır. Qalib layihələr hər növbəti sammitdə elan edilir bu layihələr barədə videoçarxlar təqdim olunur. Cari ildə Hindistan (iki layihə), Danimarka, Banqladeş, ABŞ Kambocadan təqdim edilən layihələr qalib adını qazandı.

Əlbəttə, növbəti sammitədək Azərbaycanda təhsil layihələrinin hazırlanması təşkilat komitəsinə təqdim edilməsi üçün tədbirlərin görülməsi faydalı olardı.

Qətərdə ümumi təhsil 12 illikdir (3+3+6). Ümumi təhsil icbaridir. Burada qızlar oğlanlar üçün ayrı-ayrı məktəblər fəaliyyət göstərir. Ölkədə 456 ümumtəhsil məktəbi fəaliyyət göstərir. 1973-cü ildən başlayaraq, əsasən, ABŞ-ın aparıcı universitetlərinin modelinə uyğun ali təhsil müəssisələri yaradılmışdır. Bu ali təhsil müəssisələrinin istehsalatla əlaqələrini genişləndirmək məqsədilə Qətər Elm Texnologiya Parkı ("Təhsil şəhəri") təsis edilmişdir. Hazırda Qətərdə 9 universitet fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 14 minədək tələbə təhsil alır. Bununla yanaşı, Qətərdə universitet kollecləri fəaliyyət göstərir.

Qətərdə bütün səviyyələrdə təhsil pulsuzdur. Bu ölkədə təhsilin inkişafına təkan verən əsas qurumlardan biri Elm, təhsil icmaların inkişafı üzrə Qətər Fondudur. Bu fond 1995-ci ildə yaradılmışdır. Fondun həyata keçirdiyi əhəmiyyətli layihələrdən biri ABŞ-ın ən nüfuzlu 7 universitetini özündə birləşdirən "Təhsil şəhəri"nin yaradılmasıdır. Bu layihə Qətərdə ali təhsilin inkişafına ciddi təsir göstərmişdir.

 

 

Azərbaycan müəllimi.- 2012.- 23 noyabr.- S. 6.