Bakıda növbəti təhsil
sərgisi
Bu günlərdə Bakıda növbəti beynəlxalq
təhsil sərgisi keçirildi.
Hazırda dünyanın bir sıra
ölkələrində gənclər təhsillərini xaricdə
davam etdirməyə can
atırlar. Təhsil almaq məqsədilə
başqa ölkələrə getmək
istəyənlər yetərli məlumatları
olmadığı üçün bir sıra məsələlərlə
bağlı müxtəlif problemlərlə üzləşirlər.
Məhz bu səbəbdən gənclərin
təhsil almaq istədikləri ölkə,
onun təhsil sistemi,
yaşayış şərtləri və s.
haqqında ətraflı məlumata malik
olmaları çox önəmlidir.
Türkiyənin
ən böyük şirkətlərindən
olan İEFT (İnternational
Education Fairs of Turkey) ildə 2 dəfə
təhsil sərgisi təşkil edir. Hər
sərgidə dünyanın ayrı-ayrı ölkələrindən
150-yə yaxın universitet, kollec və dil kursu iştirak edir. Onların arasında dünyanın ən
nüfuzlu, yüksək reytinqə malik universitetləri də olur.
Sərgiyə gələn şagirdlər, məzunlar və tələbələr
verilən dəqiq və ətraflı məlumatlara əsasən
öz istəklərinə uyğun ali məktəbi
asanlıqla seçə bilirlər. Bakıda İEFT-in təşkilatçılığı
ilə keçirilən ikigünlük beynəlxalq
təhsil sərgisində dünyanın 25 ölkəsinin, o cümlədən Azərbaycan, Türkiyə,
ABŞ, Fransa, Kanada, Almaniya, Böyük Britaniya, İsveçrə, Litva
və digər dövlətlərin 70-dən çox
nüfuzlu universiteti iştirak etdi.
Sərgidə
iştirak edən təhsil müəssisələri
və qurumlarının təmsilçiləri, eləcə də
qeyri-hökumət təşkilatlarının nümayəndələri
öz ölkələrinin təhsil sistemi, dil kursları,
universitetə hazırlıq, MBA, magistratura,
doktorantura, yay məktəbi,
pulsuz təhsil almaq
imkanı yaradan proqramlar və s. məsələlərlə bağlı ətraflı
məlumat verdilər. Tədbir çərçivəsində
"Şimali Kiprdə təhsil",
"ABŞ-da təhsil", "Böyük Britaniyada təhsil",
"Britaniya Şurasına İELTS və
digər imtahanlar", "Litvada təhsil" mövzularında seminarlar da keçirildi.
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.-2012.- 23 noyabr.- S.1.