İsrailin ölkəmizdəki səfiri Azərbaycan Dillər Universitetində olub
Bu günlərdə İsrailin ölkəmizdəki
səfiri Rafael Harpaz Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovla görüşmüşdür.
S.Seyidov qonağa rəhbərlik etdiyi ali
təhsil müəssisəsinin
fəaliyyəti, beynəlxalq
əlaqələri, qazandığı
uğurlar barəsində
məlumat vermişdir.
ADU-da bir
sıra dil mərkəzlərinin yaradıldığını
bildirən rektor universitetdə İsrail və Yaxın Şərq Araşdırmalar
Mərkəzinin də
fəaliyyət göstərdiyini,
onun İsrail və Azərbaycan arasında əlaqələrin
inkişafında, yüksəkixtisaslı
kadrların hazırlanmasında
böyük rolunu qeyd etmişdir. O, universitetdə ivrit dilinin öyrənilməsinin,
tədrisinin xüsusi
əhəmiyyət daşıdığını
bildirmişdir. Rektor ADU-da
ivrit dili ilə yanaşı, Yaxın Şərq ölkələrinin də
dillərinin, siyasi durumunun, coğrafiyasının,
tarixinin tədris olunduğunu vurğulamışdır.
İsrail Prezidenti Şimon
Peres və xarici işlər naziri Avigdor Libermanın ADU-ya səfərlərini xatırladan S.Seyidov bunun universitetin həyatında əlamətdar
hadisə olduğunu bildirmişdir. Rektor universitetdə təhsil
sahəsində münasibətlərə
xüsusi əhəmiyyət
verildiyini, İsrail səfirliyinin ADU ilə sıx əməkdaşlıq
etdiyini vurğulamışdır.
R.Harpaz ADU ilə tanışlıqdan məmnunluğunu
bildirmiş, səmimi
görüşə görə
təşəkkür etmişdir.
Diplomat səfirliklə universitetin əməkdaşlığını
yüksək qiymətləndirmiş,
tələbələr üçün
təhsil proqramları
çərçivəsində əlaqələrin inkişafından
danışmışdır.
Görüşdə, həmçinin tələbə-müəllim mübadiləsi,
əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonra səfir universitetdəki İsrail mərkəzində
olmuşdur.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.4.