Avropa İttifaqının nümayəndə heyəti ilə görüş

 

Noyabrın 29-da təhsil naziri Misir Mərdanov Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə əlaqələndiricisi Yurgen Kettnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Federiko Berna, Hərtərəfli İnstitusional Quruculuq Proqramının əlaqələndiricisi Serena Vitale, Aİ-nin Azərbaycan üzrə əlaqələndiricisi Federiko Birokki, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə iştirak ediblər.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Nazir Azərbaycanın Aİ ilə mövcud əməkdaşlığının daha da genişləndirilməsi məqsədi ilə 2009-cu ildə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində təsis edilmiş Alt-komitənin Bakıda keçirilmiş ilk iclası barədə məlumat verib.

Azərbaycanla Avropa İttifaqı arasında TEMPUS, Erasmus-Mundus, Jan Mone, TAİEX, TvininqSiqma proqramları çərçivəsində əməkdaşlıq aparıldığını söyləyən Misir Mərdanov bu istiqamətdə nəzərdə tutulmuş işlərin uğurla davam etdirildiyini bildirib. Qeyd olunan proqramlar çərçivəsində inklüziv təhsil, peşə təhsili və təlimi, ali təhsil, doktorantura sahələrində həyata keçirilən tədbirlərə diqqət çəkən nazir əməkdaşlığın perspektiv inkişafına dair bir sıra təklifləri nəzərə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Federiko Berna Azərbaycanla Avropa İttifaqının əməkdaşlığında təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. F.Berna gələcək əlaqələrin inkişafı üçün hədəflərin dəqiq müəyyənləşdirilməsinin vacibliyinə toxunubbununla bağlı fikirlərini bildirib.

Aİ-nin Azərbaycan üzrə coğrafi əlaqələndiricisi Yurgen Kettner təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Avropa İttifaqının Azərbaycanda digər istiqamətlərlə yanaşı, təhsil sahəsində də bir çox uğurlu layihələr həyata keçirdiyini təqdirəlayiq hal kimi dəyərləndirən qonaq növbəti illərdə bu əlaqələrin səmərəliliyinin daha da artacağına əminliyini ifadə edib. Yurgen Kettner təhsilin müxtəlif pillələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün irəli sürülən təkliflərin əhəmiyyətli olacağını vurğulayıb.

Daha sonra görüşdə birgə elmi-tədqiqat layihələrinin aparılması, orta təhsil  üzrə əməkdaşlıq, müəllim hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan müəllimi.- 2012.- 30 noyabr.- S.2.