Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans

 

Martın 28-də Naxçıvan Müəllimlər İnstitutunda 31 mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir.

Konfransı institutun rektoru, professor Oruc Həsənli giriş sözü ilə açaraq qeyd etmişdir ki, tarix zaman-zaman xalqımızı ağır sınaqlara çəkmişdir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan daim böyük dövlətlərin maraq dairəsində olmuş, hər kəs bu bölgədən bəhrələnməyə çalışmışdır.

Bildirilmişdir ki, Azərbaycanın yerüstü yeraltı sərvətinə göz dikən Rusiya İran 1828-ci ildə "Türkmənçay" müqaviləsi ilə onu ikiyə parçalayaraq özlərinin müstəmləkəsinə çevirdilər. Buna qane olmayan çar Rusiyası özünün gələcək planlarını həyata keçirmək üçün 40000 erməni ailəsini İrandan gətirərək Azərbaycanın sulu məhsuldar torpaqlarında yerləşdirdi. Ermənilərin torpaqlarımızda məskunlaşdırılması gələcəkdə xalqımıza qarşı soyqırımı həyata keçirməyə zəmin yaratdı.

1918-ci ilin mart soyqırımları xalqımız üçün ən faciəli səhifələrdən biri oldu. Stepan Şaumyanın birbaşa rəhbərlik etdiyi terrorçu daşnak dəstələri təkcə Bakıda deyil, eyni zamanda Şamaxıda, Qubada, Naxçıvanda, Dərələyəzdə, Zəngəzurda digər bölgələrdə xalqımıza qarşı qəddarcasına soyqırımı həyata keçirdi.

Qeyd olundu ki, ötən illərin acı təcrübəsinin dadını XX əsrin sonlarında xalqımız yenidən daddı. İstər XX əsrin əvvəllərində, istərsə sonunda rusların havadarlıq etdikləri bu qaniçən ermənilər öz sərsəm "dənizdən-dənizə" xülyalarını həyata keçirmək üçün hər cür mənfur yola əl atdılar. Əsrin sonunda həyata keçirilən Xocalı soyqırımı ermənilərin üzünü bir daha dünyaya göstərdi. Bu gün dünya dövlətləri erməni riyakarlığının nəticəsi olan Xocalı soyqırımını tanımaqda davam edir.

İnstitutun humanitar təsviri incəsənət kafedrasının baş müəllimi Ələkbər Cabbarlı öz çıxışında dəfələrlə xalqımıza qarşı həyata keçirilən bu soyqırımların tarixi köklərindən, səbəblərindən ətraflı danışdı. Vurğulandı ki, bu gün müstəqil Azərbaycan dövlətinin apardığı siyasət artıq ermənilərin riyakarlığını dünya ictimaiyyətinə tanıdıb. Öz saxta soyqırımlarını göz yaşı ilə dünyaya bəyan edən ermənilərə daha heç kim inanmır.

İnstitutun dillər ədəbiyyat kafedrasının müdiri, dosent Arif Ağalarov rus şovinistlərinin istər XIX əsrdə, istərsə XX əsrdə erməni millətçilərinə arxa durmasından, daşnakların qaniçənliyindən, bu düşmənçiliyin haradan qaynaqlanmasından söz açdı.

Bildirildi ki, ulu öndərimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 31 mart azərbaycanlıların soyqırımı günü kimi qəbul edilib. Hər il xalqımız tərəfindən soyqırımı qurbanlarının xatirəsi anılır. Çünki gənclərimiz erməni xislətini bilməli, onun törətdiyi cinayətləri yaddan çıxarmamalıdırlar.

 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 

 

Azərbaycan müəllimi.- 2013.- 5 aprel.- S.4.