Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycanın görkəmli  ədəbiyyatşünas alimi, ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində böyük xidmətləri olan Firidun  bəy Köçərlinin  150  illik yubileyinin  keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2013-cü il tarixli, 2720 nömrəli  Sərəncamının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. "Firidun  bəy Köçərlinin  150  illik yubileyinin  keçirilməsi haqqında" Azərbaycan  Respublikası  Prezidentinin 14 fevral 2013-cü il tarixli,  2720  nömrəli  Sərəncamının icrası  ilə əlaqədar Azərbaycan Respublikası  Təhsil  Nazirliyinin Tədbirlər  Planı təsdiq edilsin  (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, şəhər (rayon) təhsil idarələri (şöbələri), təhsil müəssisələri Tədbirlər Planının icrasını təmin etsin və görülmüş işlər haqqında məlumatı 30 may  2013-cü il tarixinə qədər Təhsil Nazirliyinə təqdim etsin.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin və Tədbirlər Planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını  təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

5 aprel 2013-cü il

 

 

Azərbaycan müəllimi.- 2013.- 19 aprel.- S.2.