Tərcümeyi-hal
Mikayıl
Çingiz oğlu Cabbarov 1976-cı il
sentyabrın 19-da Bakı şəhərində anadan olmuşdur.
1992-ci
ildə Bakı Dövlət Universitetinin
beynəlxalq hüquq fakültəsinə
daxil olmuş, 1997-ci
ildə fakültəni fərqlənmə diplomu
ilə bitirmişdir.
1997-1998-ci
illərdə ABŞ-ın Kaliforniya
ştatının Sakramento şəhərindəki
Pasifik Universitetinin Macgeorge hüquq məktəbində
hüquq, 2004-cü ildə isə Azərbaycan
Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr
dərəcələri almışdır.
1999-cu
ildən ABŞ-ın Nyu-York
ştatında Vəkillər Kollegiyasının (New York Bar)
üzvüdür.
Əmək
fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlamış, 1999-2002-ci illərdə
hüquq şirkəti və özəl sektorda hüquqşünas
kimi fəaliyyət göstərmişdir.
2002-2003-cü
illərdə iqtisadi inkişaf
nazirinin müşaviri,
2003-2004-cü illərdə Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) prezidenti vəzifələrində
çalışmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli
Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə
işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları
ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici
investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələləri
və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini
həyata keçirmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli
Sərəncamı ilə Nazirlər Kabineti
yanında "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin
rəisi vəzifəsinə təyin edilmişdir.
İctimai həyatda fəal rol oynayır.
1996-1997-ci illərdə Azərbaycan Gənclər
Təşkilatları Forumunun
sədr müavini seçilmişdir. "Nə? Harada? Nə vaxt?" və "Brey Rinq" oyunlarının fəal üzvü olmuşdur.
1994-1997-ci illərdə
"Atəşgah" Bakı
Bilicilər Klubunun prezidenti olmuşdur.
Müxtəlif illərdə MDB və dünya çempionu adını qazanmışdır.
1997-ci ildə Rusiyanın 1-ci kanalında
yayımlanan "Nə?
Harada? Nə vaxt?" oyununda
Azərbaycandan olan ilk
bilici olmuşdur.
Evlidir, 2 övladı var.
Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 19 aprel tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının təhsil
naziri təyin edilmişdir.
Azərbaycan müəllimi.- 2013.- 26 aprel.- S.2.