"Azərbaycan uşaqların gözü ilə"

 

 Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilmiş sərgidə rayonun istirahət düşərgələrində dincələn uşaqların əl işlərindən ibarət yaradıcılıq nümunələri nümayiş olunmuşdur. "Azərbaycan uşaqların gözü ilə" adı  ilə keçirilən sərgidə  təqdim olunan rəsmlərdə  xalqımızın müstəqilliyini qoruyub saxlamaq əzmi və tarixi yaddaşı müxtəlif çalarlarla təsvir edilmişdir. Yay istirahət düşərgəsində  dincələn və əsasən Qəbələ, Saatlı, OğuzSabirabad rayonlarından olan  uşaqlara ulu öndər Heydər Əliyevin ictimai-siyasi  fəaliyyəti  milli mədəniyyətin inkişafı sahəsindəki  xidmətləri barədə ətraflı məlumat verilmişdir.

Sonda həvəskar rəssamlar Mərkəzdəki elektron kitabxana ilə yaxından  tanış olmuşlar.

 

Sifai AĞAMİRZƏQIZI

 

Azərbaycan müəllimi.- 2013.- 23 avqust.- S. 4.