ADPU-da Uşaq İnkişaf Mərkəzi açılıb

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqogikapsixologiya fakültəsinin tərkibində Polşa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılan Uşaq İnkişaf Mərkəzinin açılışı olub.

Açılış mərasimində ADPU-nun rəhbərliyi, Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixal Labenda, həmçinin səfirliyin əməkdaşları, Təhsil Problemləri İnstitutunun nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən müxtəlif uşaq inkişaf mərkəzlərinin rəhbərləri,  kütləvi informasiya vasitələrinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbiri ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədov giriş sözü ilə açaraq qonaqları universitetdə görməkdən məmnun olduğunu ifadə edib. Belə bir mərkəzin ərsəyə gəlməsində göstərdiyi hərtərəfli dəstəyə görə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixal Labendaya öz dərin minnətdarlığını bildirib. Y.Məmmədov həmçinin pedaqogikapsixologiya fakültəsinin dekanı, dosent Şəhla Əliyevaya və fakültənin kollektivinə bu mərkəzin yaradılmasında fəal iştirak etdiklərinə görə təşəkkür edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyatımızın bütün sahələri kimi,  bu sahəyə də böyük qayğı və diqqət göstərməsi sayəsində son illər ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bir çox qanunlar qəbul edilib, müxtəlif mərkəzlər yaradılıb. Eyni zamanda ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr  müavini, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da bu qəbildən olan uşaqlara  yüksək qayğı və diqqət göstərir.  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda belə uşaqların təhsili xüsusi təsbit olunmuşdur.

Rektor  çıxışına davam edərək bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar ətraf mühitə uyğunlaşa bilmir və onların özlərini sosial mühitdə tənzimləmələri müxtəlif çətinliklər yaradır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə adaptasiyası isə çox vaxt tələb edir. Buna görə də bu sosial adaptasiyada onlara peşəkar mütəxəssislərin köməyi vacibdir. Bu mənada xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək üçün   peşəkar mütəxəssislərin hazırlanması vacibdirbu, müstəqil dövlətimizin təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir.  ADPU-da belə bir mərkəzin açılması da bu siyasətin vacib elementlərindən biridir. Universitetimizin pedaqogikapsixologiya fakültəsinin tələbələri bu mərkəzdən öyrəndikləri bilikləri və əldə etdikləri təcrübəni gələcəkdə öz pedaqoji fəaliyyətlərində tətbiq edə biləcəklər.

Açılış mərasimində çıxış edən  Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixal Labenda son illər təmsil etdiyi ölkə ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildiribbundan razı qaldığını ifadə edib. M.Labenda eyni zamanda Azərbaycanın  birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqlara böyük qayğı və diqqət göstərməsindən məmnun qaldığını xüsusi qeyd edib. 

 

Rəşad RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.8.