"Nə? Harada?
Nə zaman?"
intellektual oyununa yekun vurulub
Dekabrın
1-də gənclər arasında
"Nə? Harada? Nə
zaman?" oyunu üzrə VI Çağırış
Kubokunun final mərhələsi keçirilib. İntellektual oyun Azərbaycan Respublikası Prezidenti
yanında Gənclər Fondunun maliyyə, Azərbaycan
İntellektual Oyunlar Federasiyasının təşkilati dəstəyi
və "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq
Assosiasiyasının lisenziyası ilə Azərbaycan Müəllimlər
İnstitutu (AMİ), "İrəli" İctimai Birliyi,
"Xəzər" İntellektual Gənclər Klubu və
MFX Group-un birgə təşkilatçılığı ilə
keçirilib.
İntellektual yarışda
Bakı üzrə,
AMİ-nin Şamaxı,
Quba, Salyan, Cəlilabad, Ağcabədi,
Mingəçevir, Şəki,
Zaqatala, Gəncə, Qazax, Sumqayıt filiallarında, Lənkəran,
Naxçıvan, Beyləqan,
Biləsuvarda keçirilmiş
seçim turları nəticəsində finala
vəsiqə qazanmış
71 komanda iştirak edib. Kempinski Hotel Badamdarda
keçirilmiş finalda giriş sözü ilə
çıxış edən Xəzər İntellektual Gənclər
Klubunun sədri Seymur Teymurov turnirin əhəmiyyəti və
görülən işlər barədə danışıb.
O, "Nə? Harada? Nə
zaman?" oyunu VI Çağırış Kubokuna
ümumilikdə 2000-ə yaxın gəncin cəlb
olunduğunu, Kubokun KİV-lərdə və sosial şəbəkələrdə
geniş işıqlandırıldığını
vurğulayıb.
Azərbaycan Prezidenti
Administrasiyasının İctimai-siyasi
şöbəsinin məsul
əməkdaşı Vüsal
Quliyev, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, MFX Group şirkətinin
rəhbəri Yevgeniy Jidkov da çıxış
edərək intellektual
oyunların gənclərin
inkişafında əhəmiyyətli
yer tutmasından, ölkə rəhbərliyinin
uğurla apardığı
gənclər siyasətinin
əhəmiyyətindən danışıblar.
Azərbaycan Müəllimlər
İnstitutunun tərbiyə
işləri üzrə
prorektoru Rəşad Sadıqov institutda və onun regionlardakı
filiallarında intellektual
oyunların inkişafından
danışıb, seçim
turlarında 120-dən çox
komandanın AMİ-ni
təmsil etdiyini və 20 komandanın finala vəsiqə qazandığını vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müvafiq
sərəncamı ilə
təsdiq olunmuş
"Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun müxtəlif tədbirlərin, yarış
və müsabiqələrin
həyata keçirilməsinə,
tələbələrin ictimai
fəallığının artırılmasına institutun
rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı
xüsusi diqqət yetirir. İnstitutda və bütün
filiallarında intellektual
oyunlar üzrə klub yaradılıb, universitet liqası təşkil olunub, mütəmadi olaraq oyunlar keçirilir. Bildirilib ki, AMİ bu il mayın 26-da keçirilmiş
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" oyunu üzrə Tələbələrarası
II Azərbaycan Çempionatının
da təşkilatçılarından
biri olub.
Çempionatın
gedişində yaxından
iştirakına görə
yarışın Təşkilat
Komitəsinin qərarı
ilə AMİ-nin ikinci kurs tələbəsi
Əli Nadirli fəxri fərmanla təltif olunub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən
yarışın qalibləri
kubok, diplom, medal və Akademiya Kitab Mərkəzi tərəfindən təqdim
olunan kitablarla mükafatlandırılıblar.
AMİ-nin Mətbuat xidməti
Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.10.