Vaxtımın çox hissəsini oxumaqla keçirirəm

 

Xaricdə təhsil alan tələbələrimiz

 

1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-1998-ci illərdə 86 nömrəli  tam orta məktəbdə təhsil alıb. 1998-2005-ci illərdə ailəsinin yaşayış yerini dəyişməsi ilə əlaqədar təhsilini 194 nömrəli tam orta məktəbdə davam etdirib.  2007-ci ildə Heydər Əliyev adına liseyi əla qiymətlərlə bitirib. Ali məktəblərə qəbul imtahanında 15 ildə ilk dəfə olaraq I qrup üzrə  700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat kibernetika fakültəsinin informatika ixtisasına qəbul olunub. BDU-da 1 semestr oxuduqdan sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2012-ci illərdə  Koreya Respublikasının Seul Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə  KHU-nu müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York Universitetində (NYU)  kompüter elmləri  ixtisası üzrə magistr dərəcəsinə qəbul olunub. 

 

Orta məktəb illərində bir neçə dəfə riyaziyyat üzrə fənn olimpiadalarında iştirak etmiş ilk üçlükdə yerlər qazanmışam. Həmişə oxuduğum sinfin hətta məktəbin ən yaxşı şagirdi olmağa can atmışam IX sinifdən başlayaraq ölkənin ən yüksək ballı abituriyenti olmaq üçün əlimdən gələni etmişəm. Bir şagird  kimi bunu özümə vəzifə bilmişəm. Nəticədə  məzun olduğum 2007-ci ildə ölkə üzrə ilk dəfə olaraq TQDK imtahanlarında maksimum nəticə göstərmişəm. Əldə etdiyim bu uğurda mənə dəstək olmuş müəllimlərimə, valideynlərimə bacıma minnətdarlığım sonsuzdur.

Bir qədər  Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramından bəhs edim.  Mən 2013-2014-cü tədris ili üçün  tələbələrin seçim prosesini normal qiymətləndirirəm. Seçim prosesi şəxsən mənim üçün ədalətli keçdi. Prosesin 3 mərhələyə bölünməsini müsbət qarşılayıram. Xüsusən sənəd qəbulunun sənəd təqdimetmə gününün təyin olunmasının elektron şəkildə aparılmasını təqdirəlayiq hal hesab edirəm. Müsabiqənin son mərhələsi olan müsahibənin ingilis dilində aparılmasına çox sevindim. Qeyd edim ki, Cənubi Koreyada hazırda tələbəsi olduğum NYU-da yerli bir sıra xarici ölkələrdən olan tələbə yoldaşlarımın əksəriyyəti  valideynlərinin büdcəsi  ya banklardan götürdükləri faizli borclar hesabına təhsil almaqdadırlar. Ancaq mən onlara deyəndə ki, mənim bütün xərclərim dövlətim tərəfindən ödənilir, onlarda, belə desəm yanılmaram,  mənə qarşı qibtə hissi oyanır.  Mən çox istərdim ki, bunun məsuliyyətini Dövlət Proqramı xətti ilə xaricdə oxuyan bütün tələbələrimiz dərk etsinlər. Dövlət hesabına xaricdə təhsil almağım üçün  çox sevinirəm bu böyük diqqət qayğıya görə ölkə  Prezidentimizə dərin təşəkkürümü bildirirəm.

Koreya ABŞ-dakı tələbə həyatımı müqayisə etsək, həm oxşar, həm fərqli cəhətləri  qeyd etmək olar.  Oxşar cəhət odur ki, həm Koreya, həm ABŞ-da vaxtımın çox hissəsi dərs oxumaqla, verilən tapşırıq layihələri başa çatdırmaqla keçir. Fərqli cəhət isə, zənn edirəm ki,  Amerikada dərslərimin  daha da maraqlı keçməsi ilə bağlıdır, çünki dərslər daha çox interaktivlik, qarşılıqlı müəllim-tələbə müzakirələri tələbənin öz üzərində daha çox işləməsinə təşviq edilməsi s. şəraitində keçir.  Qeyd edim ki, burada bir çox tələbə elmi cəmiyyətləri var ki, mən onlardan  bəzilərinin üzvüyəm.   

Asudə vaxtlarımda  Nyu-York şəhərinin tanımadığım küçələrinə gedir, yeni çıxan filmləri izləyir,  stolüstü tennis oynayıram. Bəzən isə sadəcə, öz otağımda kompüterlə müxtəlif smartfon tətbiqləri ilə tanış  oluram.

Təhsilimi davam etdirdiyim Nyu-York Universiteti dünya universitetlərinin akademik sıralamasında 27-ci sıradadır. Əsası 1831-ci ildə qoyulmuş təhsil ocağının məzunları müəllimlərindən 31 nəfər Nobel mükafatı alıb.  Universitetin əsas kampusu Manhettendə Vaşinqton Meydanı ətrafında yerləşir. Bundan əlavə, universitetin bütün Amerika dünya üzrə bir çox institutları  da var. Universitetin 12 mərtəbəli və gündə 7000-ə yaxın istifadəçisi  olan Bobst kitabxanası hər bir tələbəyə və araşdırmalarla məşğul olan istənilən  şəxsə lazım ola biləcək hər növ məlumatı təmin edir. İxtisasım dünyanın aparıcı sahələrindən olan kompüter elmidir. Burada kompüter elmi üzrə magistr dərəcəsi proqramı tələbələrə bu dərəcəni öz maraq sahələri üzrə almağı təmin edir. Tələbə kompüter və şəbəkə təhlükəsizliyi, paylanmış şəbəkə sistemləri, İnternet axtarış  texnologiyaları və s. sahələr üzrə dərslər ala    magistr dərəcəsi üzrə öz tezislərini  bu sahələrdən biri üzrə yaza bilər.

Qeyd edim ki, xaricdə təhsil alan tələbələrimiz diaspor təşkilatları ilə sıx əlaqə saxlayırlar.   Cənubi Koreyada oxuduğum dövrdə Azərbaycan diasporası ilə əlaqələrim çox sıx olub.  Səfirliyimizin keçirdiyi tədbirlərdə mütəmadi olaraq  iştirak edirdim. Mən Koreyada təhsil alan azərbaycanlı tələbələrlə birlikdə yaratdığımız lBUTA» cəmiyyətinin  fəal üzvü olmuşam və bir il cəmiyyətin İdarə Heyətində də yer almışam.  Amerikada isə səfirliyimiz buradan çox uzaqda, Vaşinqtonda yerləşdiyi üçün hələlik ora getmək imkanım olmayıb.

Hesab edirəm ki, xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə oxuduğu təhsil müəssisəsində göstərdiyi akademik uğurlarla müəllimlərin, tələbə yolaşlarının  ümumilikdə universitet heyətinin gözlərində ucalmağı bacarmalı və bununla da onlarda Azərbaycan və onun mədəniyyəti haqqında maraq oyatmalıdır. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki,  fərqli ölkələrdən olan insanların könüllü olaraq ölkəmiz və onun mədəniyyəti ilə maraqlanması, səninlə dost olmağa çalışması ölkəmizi xaricdə tanıtmağın ən effektiv yollarından biridir.

 Bir qədər də gələcək planlarımdan danışmaq istərdim.  Arzum Nyu-York Universitetində magistr təhsilimi başa vurduqdan sonra bir müddət  ABŞ-da qalıb iş təcrübəsi qazanmaqdır. Sonra isə Vətənə, ailəmin yanına dönüb bir işə sahib olmaq və eyni zamanda Azərbaycan universitetlərinin birində öyrəndiklərimi tədris etməkdir.

 

Emil ABBASOV,

Nyu-York Universitetinin magistri 

  

Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.9.