Təhsilalanların sağlamlığının qorunması təlim nailiyyətlərinin

yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi

üzrə işçi qrupunun yaradılması haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsilin keyfiyyətinin yüksəldilməsi bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsi müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan məktəbəqədər ümumi təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi, təhsil prosesində diferensial yanaşma fərdilik prinsiplərinin nəzərə alınması həyati zərurətə çevrilmişdir.

Qeyd olunan istiqamətdə qarşıda duran vəzifələrin həyata keçirilməsinə etibarlı dəstəyin zəruri əlaqələndirmənin təmin olunması məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini  rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Təhsilalanların sağlamlığının qorunması təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

 

Qrupun rəhbəri:

Hüseyn Əliyev - Azərbaycan Respublikası təhsil nazirinin müşaviri

 

Üzvlər:

Afət Süleymanova - Məktəbəqədər ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi;

İradə Mirzəhmədova - İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun baş məsləhətçisi;

Məmmədəli Kəsəmənli - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini;

Vasif Məmmədov - "Vətən" Respublika İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər futbol məktəbinin direktoru.

2. İşçi qrupuna tapşırılsın ki, aidiyyəti qeyri-hökumət təşkilatları ilə birlikdə:

* təhsilalanların sağlamlığının qorunması təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizmini tətbiqinə dair təklifləri işləyib hazırlasın;

* təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı bir formada mənfi təsir göstərən halları araşdırsın onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını, "Azərbaycan müəllimi" qəzetində və Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

11 dekabr 2013-cü il

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.2.