Sumqayıt Dövlət Universitetində anım mərasimi

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10 ili tamam oldu

 

Dekabrın 11-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.

Öncə təhsil ocağının professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin universitet binasının foyesində yerləşən büstü önünə tər gül dəstələri qoyaraq dahi siyasətçinin xatirəsinə ehtiramlarını ifadə etdilər.

Tədbiri universitetin rektor əvəzi, professor Əkbər Ağayev açaraq ulu öndərin Azərbaycan dövlətinin xalqının taleyində oynadığı roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs etdi. Ə.Ağayev diqqətə çatdırdı ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Natiq ümummilli lider Heydər Əliyevin ölkədə təhsil elmə xüsusi diqqət yetirdiyini bildirərək qeyd etdi ki, dahi siyasətçi Sumqayıt Dövlət Universitetinin fəaliyyətini diqqətdə saxlayırdı. Məhz ulu öndərin 2000-ci ildə imzaladığı sərəncamla bu təhsil ocağına universitet statusu verilib.

Daha sonra tədbirdə ulu öndərin həyat fəaliyyətini əks etdirən "Böyük ömrün salnaməsi" adlı sənədli film nümayiş etdirildi.

Azərbaycan tarixi kafedrasının dosenti Elmar Xəlilovun, iqtisadiyyat idarəetmə fakültəsinin tələbəsi Şənlik Əliyevin, kimya biologiya fakültəsinin tələbəsi Səma Əsədovanın çıxışlarında da dahi liderin xidmətlərindən bəhs olundu, ümummilli liderin Azərbaycan xalqının xoşbəxtliyinə, dövlətimizin müstəqilliyini qoruması inkişafına bütün ömrünü həsr etdiyi ifadə olundu.

Sonda ulu öndər Heydər Əliyevin anım günü münasibətilə universitetin Tələbə Gənclər Təşkilatı tərəfindən tələbələr arasında keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.5.