Bakı Pedaqoji Kadrların İxtisasartırma

Yenidənhazırlanma İnstitutunda Heydər

Əliyevin xatirəsinə həsr olunmuş tədbir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10 ili tamam oldu

 

Dekabrın 10-da Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə institutun rəhbərliyi, professor-müəllim heyəti, müdavimlər, tələbələr, təhsil ictimaiyyətinin KİV-in nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları institutun Heydər Əliyev muzey-lektoriyası ilə tanış olduqdan sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İnstitutun rektoru, professor Asəf Zamanov tədbiri giriş nitqi ilə açaraq bildirdi ki, Azərbaycan xalqının tarixində taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan böyük şəxsiyyətlər, görkəmli siyasət dövlət xadimləri çox olmuşdur. Onlar gördükləri böyük işləri əməlləri ilə yadda qalmışlar. Belə tarixi şəxsiyyətlər sırasında Azərbaycan xalqının böyük oğlu, ümummilli lider, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var.  Dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Ulu öndər milli liderliklə siyasi liderlik keyfiyyətlərini ehtiva etməklə, fəaliyyət göstərdiyi bütün sahələrdə özünü əsl lider kimi təsdiq etmişdir. Natiq onu da qeyd etdi ki,  bu dahi insan tarixi yazan yaradan, onu yönəltməyi bacaran nadir şəxsiyyətlərdən idi. Təsadüfi deyil ki, onun həyata keçirdiyi islahatlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı obyektivliyi baxımından ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, ona siyasət aləminin patriarxı adını qazandırmışdır. Həmin uğurlu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən biri seçilmiş, 2013-cü ildə dünyanın kosmos ölkələri sırasına daxil olmuşdur.

Sonra professor Asəf Zamanov "Heydər Əliyev yüksək ixtisaslı kadrların hazırlanması" mövzusunda məruzə etdi.  O qeyd etdi ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda elmin, təhsilin inkişafına daim xüsusi diqqət yetirmiş, elmi elitanın formalaşmasında müstəsna xidmət göstərmişdir. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. 

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünərək, ölkədə intellektual potensialın formalaşması üçün bilikli savadlı kadrların hazırlanmasına şərait yaradırdı. Əgər 1969-cu ildə SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilən gənclərin sayı 50 nəfər idisə, 1981-ci ildə Azərbaycan ali məktəblərinin yuxarı kurs tələbələrini, aspirant doktorantlarını da nəzərə alsaq, onların sayı 1500-ə çatırdı. Bütün bunlar ulu öndərin uzaqgörən siyasəti, güclü iradəsi, möhkəm əzmi sayəsində həyata keçirilirdi. Məhz həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual potensial formalaşmış, nüfuzlu elmi məktəblər yaradılmışdır.

Tədbirdə BPKİYİ-nin Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Aydın Paşayev "Heydər Əliyev Azərbaycan dili", pedaqogika kafedrasının müdiri Fikrət Əliyev "Heydər Əliyev gənc nəslin tərbiyəsi" mövzularında məruzələrlə çıxış edərək ulu öndərin dövlətimiz dövlətçiliyimiz uğrunda qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından söz açdılar.

Tədbirdə institutun Gənclər Təşkilatının üzvləri çıxış etdilər. Onlar gənclərin milli mənəvi tərbiyəsində Heydər Əliyev irsinin böyük bir məktəb olduğunu vurğuladılar.

Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Ata yolu" sənədli filminin  nümayişi ilə başa çatdı.

 

Sevinc QULİYEVA,

BPKİYİ-nin mətbuat katibi

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.5.