"Çin adət-ənənəsi: tarixmüasirlik"

 

Dekabrın 10-da Azərbaycan Dillər Universitetində   Çin dili və mədəniyyəti mərkəzinin və İnformasiya Resurs Kompleksinin  Folklor mərkəzinin təşkilatçılığı ilə "Çin adət-ənənəsi: tarixmüasirlik" mövzusunda  tədbir keçirilib.

Mərkəzin direktoru, dosent Rafiq Abbasov Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında geniş məlumat veribbu ənənələrin dünya mədəni irsinin əsas elementi kimi qorunub saxlandığını bildirib. O, Çinin özünəməxsus ənənələrini, Azərbaycan-Çin arasındakı mədəni əlaqələrin çoxşaxəli inkişafını xüsusi qeyd edib.

R.Abbasov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın zəngin qeyri-maddi mədəni irsinin qorunmasında və təbliğində göstərdiyi xidmətlərdən danışıb.

Tədbirdə çıxış edən regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələr Çin dilində  çıxış edib, Çin şairlərinin şeirlərini səsləndiriblər. Sonra milli Çin toy mərasiminin xüsusi geyimlərlə teatr tamaşası nümayiş  etdirilib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Yonghui tədbirdə iştirak etməsindən məmnun olduğunu bildirib. 

 

Şakir CƏFƏROV,

"Azərbaycan müəllimi" 

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.6.