2013-cü ilin Nobel mükafatları təqdim olundu

 

Dekabrın 10-da İsveçin paytaxtı Stokholmda Nobel mükafatlarının sayca 112-ci təqdimat mərasimi keçirilib.  Bütün dünyanın diqqət mərkəzində olan mərasim, ənənəyə uyğun olaraq, Alfred  Nobelin vəfatının  ildönümü gününə təsadüf edib. Ötən illərdən fərqli olaraq bu dəfə İsveç taxt-tacının varisi  Viktoriya ölkə,  eləcə Norveç rəhbərliyi Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar mərasimə qatılmayıblar.

 

Mərasim Norveçin "NRK" televiziyası Nobel Mükafatları Komitəsinin rəsmi saytı ilə canlı yayımlanıb. İsveç kralı XVI Qustav Stokholm filarmoniyasında keçirilən mərasimdə 2013-cü il tibb fiziologiya, fizika, kimya, ədəbiyyat iqtisadiyyat sahəsində mükafatları sahiblərinə təqdim edib.   

2013-cü ilin sülh mükafatının təqdimolunma mərasimi Osloda keçirilib.   

Mərasim Norveç Nobel Mükafatları Komitəsinin başçısı Turbyer Yaqlandın çıxışı ilə başlayıb. O, dekabrın 5-də vəfat etmiş Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın xatirəsini yad edərək 20 il əvvəl onun sülh üzrə Nobel mükafatı aldığını xatırladıb. 

 2013-cü ildə ümumilikdə 13 nəfər, o cümlədən bir təşkilat Nobel mükafatına layiq görülüb.   Mükafata layiq görülənlər arasında ən yaşlısı 84 yaşlı fizik Piter Xiqqs, ən cavanı isə 57 yaşlı Tomas Sudhofdur.

Bu il Nobel sülh mükafatı Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilata verilib.  Təşkilat bu mükafata Suriyadakı kimyəvi silahların məhv edilməsində böyük rol oynadığı üçün layiq görülüb.  Təşkilat adından mükafatı qurumun baş katibi  Əhməd Üzümçü qəbul edib. Təqdimat mərasimində Ə.Üzümçü bildirib ki, rəhbərlik etdiyi qurum bundan sonra da bütün dünyada sülh işinə sadiq qalacaq. 

Bu il ədəbiyyat üzrə Nobel mükafatına  kanadalı yazıçı  xanım Alis Munro layiq görülüb. Lakin səhhəti ilə əlaqədar 82 yaşlı yazıçı  mükafatlandırma mərasimində iştirak edə bilməyib. Ali mükafat onun  qızı  Ceni Munroya təqdim olunub. 

Fiziologiya tibb üzrə Nobel mükafatı hüceyrə daxilində daşınmanın mexanizmini kəşf etdiklərinə görə  amerikalı tədqiqatçılar Ceyms Rotman, Rendi Şekman Tomas Sudhofa verilib.

Fizika üzrə mükafat britaniyalı tədqiqatçı, "bozon" nəzəriyyəsinin banisi   Piter Xiqqs belçikalı Fransua Enqlerə təqdim olunub.  Kimya üzrə mükafat  hazırda ABŞ-da çalışan Martin Karplyus, Maykl Levitt Ari Uorşelə verilib.

İqtisadiyyat üzrə builki Nobel mükafatını  amerikalı iqtisadçılar Yudjin Fame, Lars Piter Hansen Robert Şiller alıblar.  

 Laureatlara Alfred Nobelin əksi həkk olunmuş medal, diplom 1,3 milyon dollarlıq çek təqdim olunub. 

Mükafatın rəsmi təqdimatından sonra Stokholmda  laureatların şərəfinə qonaqlar üçün  bayram ziyafəti təşkil olunub.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.7.