Harvard Universitetində Azərbaycanın

sürətli inkişafı misal gətiriləndə

xoş hisslər yaşayıram

 

Xaricdə təhsil alan tələbələrimiz

 

Bəhruz Balayev 1983-cü ildə Lənkəran səhərində anadan olub. 2001-ci ildə Bakıdakı Məmməd Rahim adına 7 nömrəli  tam orta məktəbi fərqlənma attestatı ilə bitirib.  Elə həmin il yüksək balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub.  Akademiyanı  bitirdikdən sonra 2005-ci ildə ABS-ın Florida statındakı  St.Tomas Universitetinin hüquq fakültəsinin mağistr bölməsinə qəbul olunub. 2012 -ci ildə həmin universitetdə  hüquq elmləri doktoru dərəcəsi alıb.  Uzun illər beynəlxalq təskilatlarda çalışıb. 2013-cü ildən etibarən Harvard Universitetində Edvard S. Mason proqramı üzrə təhsilini davam etdirireyni zamanda dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnir.

 

Orta məktəb illərində çox aktiv şagird  olmuşam.  Qiymətlərim hər zaman əla olub.  1999-cu ildə IX sinifdə oxuyarkən Amerika Birləşmiş  Ştatlarının  dəstəyi ilə qardaşlaşmış məktəblər pilot proqramında istirak etmiş, şagird mübadiləsi çərçivəsində ABS-a göndərilmişəm.  Müxtəlif  fənn olimpiadalarında iştirak edərək təhsil aldığım məktəbi  təmsil etmişəm. 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi çox səffaf və səmərəli həyata keçdi.  Uzun illər ABS-da təhsil aldığım zaman şahidi  olduğum  və Qərb ölkələrində rast gəldiyim müsahibə  metodlarından istifadə olunmasını alqışlayıram.  Qeyd edim ki, xarici ölkədən baxdıqda son dövrdə Azərbaycan  təhsilinin nəzərəçarpacaq  dərəcədə inkişaf etdiyini görə bilərik. Təhsil Nazirliyi tərəfindən aparılan islahatlar, müsbət dəyişikliklər bu inkişafın  davamlı olacağına ümid yaradır. Azərbaycan mətbuatını daim izləyirəm və təhsil sistemimizdə baş verən dəyişiklikləri  alqışlayıram.  Bu il böyük sayda Azərbaycan gəncinin   "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricə göndərilməsini, məncə, ölkəmizin uğurlu investisiyalarından biri kimi qiymətləndirmək olar.  Hər bir ölkənin gələcək  inkişafı onun istedadlı kadrlara malik olması və onların təhsil səviyyəsindən asılıdır.

Qeyd edim ki, əsası 1636-cı ildə qoyulmuş Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır.  Universitetin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir. Burada 2300 müəllim fəaliyyət göstərir. Onların arasında 43 Nobel mükafatı laureatı var. Dünya elminə ən çox Nobel mükafatı laureatı bəxş edən universitet  Harvarddır.

Tələbə həyatım çox maraqlı və intensivdir.  Əsasən dərslərimlə məşğulam.   Müxtəlif sahələrdə apardığım araşdırmalarım  və müxtəlif səmərəli görüşlər dövlət idarəçiliyi sahəsində yeniliklərlə tanış olmağa şərait  yaradır. Tələbə həyatımın çox hissəsi kitabxanadaya birlikdə təhsil aldığım gənclərin əhatəsində keçir. Boş vaxtlarımı üzgüçülüklə və  Çarlz çayı boyunca velosiped idmanı ilə  məşğul  olmaq,  kitab oxumaqla keçirirəm. Asudə vaxtlarımda çalışıram ki,  Harvard Universitetinin verdiyi ən dəyərli imkanlardan biri olan, maraqlandığım sahələr üzrə  ekspertlər səbəkəsini inkişaf etdirim. Bununla yanaşı, ailəmə da vaxt ayırmağı özümə borc bilirəm. Azərbaycan mətbəxini anamdan öyrənmişəm  xarici yoldaşlarımı tez-tez qonaq dəvət etməyi və şam yeməyi zamanı səmərəli danışıqlar aparmağı xoşlayıram.

Hazırda yaşadığım Boston şəhəri  Massaçusets ştatının  paytaxtıdır və Amerika tarixinin yazıldığı şəhərlərdən biridir. Tarixdən məlum olan məşhur  Boston çay dəsgahı da burada baş vermişdir. Şəhərin tarixiliyi, özünəməxsusluğu, Avropa sayağı arxitekturası insanı valeh edir. Havası Bakıdan soyuqdur və qış aylarında adətən qar ilə örtülür. Şəhər boyu keçən Çarlz çayının ətrafi çox gözəl və sonu görünməyən bir parkdır. Bostonun kənarında yerləşən Kembric şəhəri Harvard Universiteti tələbələrinin sevimli məkanıdır.

Amerikadakı Azərbaycan diasporası ilə sıx əlaqələrimiz var. Bostonda Azərbaycan diasporası qonaqpərvərliyi ilə seçilir. Tez-tez Nyu-Yorka səfər edirəm və yaxından tanıdığım  Tomris Azəri xanımla (Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri) görüşür, Nyu-Yorkda Azərbaycan diasporasının təşkil   etdiyi yığıncaqlarda və Dağlıq  Qarabağ problemi barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına həsr olunmuş aksiyalarda iştirak edirəm.

Qeyd edim ki,  ABŞ-a  ilk dəfə gəldiyim 1999-cu ildən bəri yerli əhalinin nə dərəcədə Azərbaycanı tanımalarında və bizim diasporanın bir araya gəlməsində müsbət tendensiyaların olmasının şahidi  olmuşam.  Tez-tez Harvard Universitetində keçilən müxtəlif dərslərdə Azərbaycanın inkişaf sürətinin misal gətirilməsini gördükdə xoş hisslər yaşayıram.

Harvardda dərslər çox maraqlı keçir, dünya üzrə tanınmış professorların çıxışları  isə qiymətsizdir. Universitetin tarixi və ənənələri bu gün nəinki tələbələri, hətta başqa ölkələrdən gələn turistləri də cəlb edir. Universitet rəsmi olaraq turist məkanı sayılır. Müxtəlif dövlət başçıları, nazirlər, beynəlxalq təşkilatların başçıları  və məşhur alimlərlə  universitetdə tez-tez görüşlər keçirilir.  İxtisasım idarəçiliyin səmərəliliyini artırmaq, inkişaf yollarının axtarılması, dövlət və ictimai xadimlərin təcrübəsinin öyrənilməsindən ibarətdir.

Gələcəkdə xalqımıza xidmət etmək və Azərbaycanın daha da inkişafı naminə səmərəli fəaliyyətlə məşğul  olmağı planlaşdırıram.

 

Bəhruz BALAYEV, 

Harvard Universitetinin tələbəsi

  

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.10.