Uşaq oyuncaqları

alanlara məsləhət

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və

İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nələri tövsiyə edir

 

Uşaq oyuncaqları uşağın zehni, estetik, fiziki tərbiyəsində və inkişafında mühüm rol oynayır. Oyuncaqlar uşağa ətraf mühiti dərk etməkdə, məqsədyönlü fəaliyyətdə, düşüncə, yaddaş, nitq və emosiyanın inkişafına kömək edir. Bəzi oyuncaqlar uşaqların orqanizmi üçün təhlükə törədə bilər. Oyuncaqlar plastmas, metal, ağac, rezin, parça, kartons. kimi materiallardan hazırlanır. Bunların da hər birinin müəyyən müsbət, yaxud mənfi xüsusiyyətləri var. Məsələn, parçadan hazırlanan oyuncaqlar uşaq üçün daha təhlükəsizdir. Uşaq onu özünə rahat sıxa, qucaqlaya bilər. Plastmas, rezin oyuncaqlar təhlükəsiz olsa da kimyəvi tərkibi mənfi fəsadlar yarada bilər. Metalağac materiallarından oyuncaqlar isə uşağı zədələyə bilər. Uşaq oyuncaqları 3 əsas tipə, qızlar üçün, oğlanlar üçünuniversal oyuncaqlara bölünür. Qız və oğlan oyuncaqları gələcəkdə onların görəcəkləri işləri xarakterizə edir. Universal oyuncaqlar isə uşaqların hərtərəfli inkişafı, onların məntiqi düşüncəsinin formalaşması baxımından zəruridir.

Oyuncaqlar xoş, faydalı, uşaqlara sevinc gətirən bir vasitə olmaqla yanaşı uşaqların sağlamlığı üçün təhlükəli də ola bilər. Belə ki, bir sıra oyuncaqların tərkibi, aşağı keyfiyyəti uşaqların orqanizminə mənfi təsir göstərmək gücündədir.

Hazırda istehlak bazarında ən müxtəlif çeşidli oyuncaqların satılması faktdır. Ona görə də lazım olan, keyfiyyətli və təhlükəsiz oyuncağı seçmək çox çətindir.

Bir çox istehlakçılar oyuncaq alarkən onun daha ucuz olmasına, iriliyinə, cəlbediciliyinə, uşağın istəyinə üstünlük verirlər. Lakin oyuncaq alarkən onun qeyd olunan əlamətləri ilə yanaşı, keyfiyyəti və uşağın sağlamlığına təsirini düşünmək lazımdır. Nəzərə alın ki, əsasən ucuz oyuncaqların istehsalında istifadə edilən xammalın tərkibində qeyd olunan zərərli maddələr ola bilər və bu təkcə uşağınızın sağlamlığı üçün yox, ətraf mühit üçün də təhlükəlidir. Ona görə də bu məhsulları seçərkən ilk növbədə onun sanitar-gigiyenik xüsusiyyətlərinə, uşaqda yarada biləcək psixoloji amillərə diqqət etmək lazımdır.

Mürəkkəb texniki oyuncaqlar istisna olmaqla ticarət şəbəkələrinə oyuncaqların daşınması xüsusi nəqliyyat vasitəsi tələb etmir. Ticarət şəbəkəsində isə uşaq oyuncaqlarının saxlanması və satışa çıxarılması zamanı bir sıra tələblərə əməl etmək zəruridir və bu, ticarət obyektinin borcudur. Bu sırada oyuncaqların mal qonşuluğu prinsipinə əməl etməklə yığılması, təmiz, rütubətdən uzaq yerdə saxlanması və s. tələblər yer alır.

Uşaq oyuncağı alarkən onun üzərində olan etiket kağızına və ya yarlığa diqqət edin. Orda həmin oyuncağın adı, istehsalçısının adı və ünvanı, milli standartı, məhsulun əsas (və ya funksional) təyinatı və ya onun tətbiq ediləcəyi sahə, istifadə qaydaları haqqında məlumat, yaş uyğunluğu, oyuncaqdan istifadə və ya istismar haqda təlimat, bir sıra oyuncaqlardan istifadə edərkən ehtiyat tədbirləri haqda xəbərdarlıq və təlimat öz əksini tapmalıdır.

İstehlakçı həmçinin onu da bilməlidir ki, bu məhsullar məcburi sertifikatlaşmalı mallar sırasına daxil olduğundan, oyuncaq alarkən ticarət obyektindən həmin sənədləri tələb etmək hüququna malikdir. Gigiyenikuyğunluq sertifikatları olmayan oyuncaqları almayın. Eyni zamanda nəzərə alın ki, oyuncaqlar fiziki baxımdan da sağlam olmalı, yəni uşağa xəsarət yetirmə ehtimalı olmamalıdır. Ucu iti formalı, əzilmiş, qırılmış oyuncaqların alınması məsləhət deyil. Xüsusilə, azyaşlı uşaqlar üçün oyuncaq alarkən oyuncağın materialına fikir verin.

İstər istehlakçılar, istərsə də satıcılar bilməlidir ki, uşaq oyuncaqları Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə dəyişdirilməli olmayan malların siyahısına daxildironlar alındıqdan sonra dəyişdirilə və geri qaytarıla bilməz.

  

Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.12.