Azərbaycan təhsilinin uğurları

 

Prezident təqaüdçüləri

 

Aytəkin BƏDƏLOVA,

Azərbaycan Respublikasının Prezidenti  yanında

Dövlət İdarəçilik Akademiyasının tələbəsi

 

1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakıdakı Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyi bitirib. Orta məktəbdə oxuduğu illərdə müxtəlif sertifikatdiplomlarla təltif olunub.

Bu il  III qrup üzrə keçirilən qəbul imtahanında 675 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinə   daxil olub. Ən böyük  arzusu  ixtisası üzrə Azərbaycanda tanınmış bir mütəxəssis olmaqdır.  

 

Nuranə CAVADZADƏ,

Azərbaycan Tibb Universitetinin tələbəsi   

 

1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Xocavənd rayonunun 2 nömrəli tam orta məktəbini qızıl medalla bitirib.

Kimya-biologiya fənləri üzrə keçirilən   olimpiadalarda fəal iştirak edib.

Ali məktəblərə keçirilən qəbul imtahanında topladığı 680 balla Azərbaycan Tibb  Universitetinin müalicə-profilaktika fakültəsinə  qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə ölkə başçısına ailə üzvləri adından minnətdarlıq edir.

 

İbrahim ŞƏRİFOV,

Bakı Ali Neft Məktəbinin tələbəsi

 

1996-cı ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. 2013-cü ildə Bakıdakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə  təhsilini  başa vurub. Dərslərini  yaxşı oxumaqla yanaşı, həm   ictimai işlərdə    fəal  iştirak edib.

Bu il  ali məktəblərə keçirilən qəbul imtahanında 690 bal toplayaraq  Bakı Ali Neft Məktəbinin  kimya mühəndisliyi ixtisasına   qəbul olub.

Prezident təqaüdünə  layiq görüldüyünə görə qürur hissi keçirir. Bu etimadı  doğrultmaq üçün   qış semestr  imtahanlarına ciddi  hazırlaşır.   

 

Günel VƏLİŞOVA,

Qafqaz Universitetinin tələbəsi

 

1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə  2 nömrəli Texniki-humanitar elmlər liseyini bitirib. Ali məktəbə qəbul olmaq üçün "Araz" hazırlıq kurslarında iştirak edib.

Bu il ali məktəblərə qəbul imtahanında  680 bal toplayaraq Qafqaz Universitetinin kimya mühəndisliyi ixtisasına qəbul olub. Qazandığı uğurlara   görə  orta məktəb müəllimlərinə xüsusilə  "Araz" hazırlıq kurslarının  kollektivinə minnətdarlıq edir.

 

Nurlan YUSİFLİ,

Bakı Dövlət Universitetinin tələbəsi

 

1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakıdakı Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbi bitirib. Məktəbdə oxuduğu illərdə fənn olimpiadalarının iştirakçısı olub.

Ali məktəblərə qəbul imtahanında 691 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə  daxil olub. Məqsədi ali məktəbi müvəffəqiyyətlə bitirib savadlı hüquqşünas olmaqdır. 

 

Hazırladı: Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.13.