Yaponiyanın milli bayramı şərəfinə
Dekabrın 13-də
Yaponiyanın Azərbaycandakı səfirliyi İmperator
Akihitonun anadan
olmasının 80-ci ildönümü
münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, hər iki ölkənin
dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir
Tsuquo Takahaşi bildirmişdir ki, Konstitusiyaya görə, Yaponiya
İmperatoru yapon
xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd
olunur.
Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən
danışan diplomat
vurğulamışdır ki, yüksək
səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın
bütün istiqamətlərdə
inkişafına töhfə verir.
Səfir ölkələrimiz arasında
əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Təhsil naziri Mikayıl Cabbarov əlamətdar
gün münasibətilə yapon xalqını Prezident
İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin
başçısının salamlarını və xoş arzularını
çatdırmışdır. Nazir bildirmişdir ki, ölkələrimiz
arasında münasibətlər yüksələn xətt
üzrə inkişaf edir.
Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə
görə Yaponiya hökumətinə
minnətdarlığını bildirən Mikayıl Cabbarov ölkələrimizin müxtəlif
sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulamışdır. Nazir əmin olduğunu bildirmişdir ki, iki ölkə arasında münasibətlər
getdikcə daha da
möhkəmlənəcək və genişlənəcəkdir.
Tədbirdə Azərbaycanın
dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici
ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin
nümayəndələri iştirak
etmişlər.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.9.