Xüsusi hallar barədə məlumatların verilməsi
haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Nazirliyinin
sisteminə daxil olan
qurumlarla işin təşkilinin
yaxşılaşdırılması, fövqəladə,
cinayət və təhsil müəssisələrinin normal
iş ahənginin pozulması ilə
nəticələnən
hadisələr haqqında məlumatların verilməsi,
həmçinin qurumlararası fəaliyyətin əlaqələndirilməsi
və zəruri hallarda təxirəsalınmaz tədbirlərin
görülməsini təmin
etmək məqsədi ilə
"Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci
bəndini rəhbər
tutaraq
ƏMR
EDİRƏM:
1. Təhsil Nazirliyinin struktur
qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki
qurumların rəhbərləri aşağıda göstərilən
xüsusi hallar haqqında dərhal telefonla, sonradan isə
yazılı formada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat
verilməsini təmin etsinlər:
- təbii fəlakət, yanğın,
digər fövqəladə hadisələr;
- təhsil işçiləri tərəfindən
cinayət hadisələrinin törədilməsi, o cümlədən
korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil
müəssisəsində (onun ərazisində) törədilmiş
cinayət hadisələri;
- hüquq-mühafizə orqanlarının
təhsil müəssisələrində əməliyyat-axtarış
fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə
aid sənədlərin tələb olunması və ya
götürülməsi;
- elektrik, istilik, su və qaz təchizatının
dayandırılması və digər hallar nəticəsində
normal fəaliyyətin pozulması;
- şagird və tələbələrin
kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər;
- təhsil müəssisəsinin ərazisində
təhsilalanların və təhsil işçilərinin xəsarət
alması;
- təhsil müəssisəsinin ərazisinin
zəbt olunmasına cəhdlər;
- inzibati binaya, əsas vəsaitlərə,
kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli
və sair əhəmiyyətli sənədlərin,
möhür və ştampların itirilməsi və ya
oğurlanması;
- təhsil müəssisəsinin normal fəaliyyətinin
pozulmasına səbəb olmuş hər hansı digər
hadisələr.
2. Xüsusi hallar barədə məlumatlar
Nazirliyin İnformasiya şöbəsinə (həftənin
iş günləri 9:00-dan 18:00-dək Təhsil Nazirliyinin
"Qaynar xətt" xidməti - 146 telefon nömrəsinə, qeyri-iş
vaxtları isə (051) 7601270 və ya (050) 3613298 telefon
nömrələrinə) verilsin.
3. Məlumatda hadisənin baş vermə
(törədilmə) yeri, vaxtı, nəticələri, əgər
məlumdursa səbəbləri, həmçinin həyata
keçirilən təxirəsalınmaz tədbirlər qeyd
edilsin.
4. İnformasiya şöbəsinə (Elnur
Əliyevə) tapşırılsın ki:
4.1.daxil olmuş
məlumatları qeydiyyata
almaqla dərhal Nazirliyin rəhbərliyinə məruzə
edilməsini təmin etsin;
4.2. qeyri-iş saatı daxil olan məlumatların
növbəti iş günündə qeydə alınması
təmin olunsun;
4.3. əmrin
"Azərbaycan müəllimi"
qəzetində dərc
olunmasını və
Nazirliyin rəsmi
internet səhifəsində yerləşdirilməsini təmin
etsin;
4.4. əmrin Təhsil Nazirliyinin bütün struktur qurumlarına və strukturuna daxil olmayan tabeliyindəki qurumlara çatdırılmasını
təmin etsin;
4.5. xüsusi hallar barədə məlumatların mütəmadi
olaraq ümumiləşdirilməsini
aparsın.
5. Xüsusi hallar barədə məlumatın
verilməsinə görə
şəxsən məsuliyyət
daşıdıqları Təhsil
Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin
nəzərinə çatdırılsın.
6. Əmrin icrasına nəzarət Azərbaycan
Respublikası təhsil
nazirinin müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan
Respublikasının təhsil naziri
17 dekabr 2013-cü il
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.9.