"Ernst
& Yang Holdinqs (SiAyEs) Bi.Vi."
şirkətinin Azərbaycan üzrə idarəedici
tərəfdaşı İlqar Vəliyevin
çıxışı
Hörmətli sədarət!
Hörmətli qurultay
iştirakçıları!
İlk öncə sizin
qarşınızda çıxış etməyə imkan verdikləriinə görə tədbirin
təşkilatçılarına təşəkkürümü
bildirmək istəyirəm. Mən biznes
aləminin təmsilçisiyəm və ilk
baxışdan təhsil sahəsi ilə birbaşa
əlaqəm yoxdur. Çoxunuzda
belə sual yarana bilər
ki, niyə məhz mən bu
tribunada çıxış etmək
şərəfinə layiq
görülmüşəm. Burada
olmağımın bir neçə səbəbi
var. Birincisi odur ki, mən özüm iki
övladın valideyniyəm. Və onların təhsilinə və
böyüməsinə laqeyd qala bilmərəm. Mən hesab
edirəm ki, valideynlər məktəb həyatına
daha fəal cəlb olunmalıdırlar.
Keyfiyyətli təhsil almış layiqli
vətəndaşın yetişdirilməsi yalnız məktəbin
yox, daha çox valideynlərin məsuliyyətidir. Valideyn özü bir müəllim olmalıdır. Biz valideynlər övladlarımız
qarşısında düzgün prioritetlər
qoymalıyıq. Övladlarımızın məktəbə
motivasiyası və yanaşması həmin prioritetlərdən
çox asılıdır. Eyni zamanda hesab
edirəm ki, effektiv və
şəffaf fəaliyyət göstərən valideyn-müəllim-şagird
icmaları yaradılmalıdır. Bu,
valideynlər və məktəb arasında sıx əməkdaşlığa
bir addım olacaqdır. Son
vaxtlar bu istiqamətdə
mühüm işlər görülür
və mən ümid edirəm ki, yaxın gələcəkdə biz sizinlə bunun nəticələrini
görəcəyik.
Hörmətli müəllimlər!
Mən eyni zamanda bir
valideyn kimi yox, bir biznes
təmsilçisi kimi də sizə
müraciət etmək istəyirəm. Mən beynəlxalq audit və konsaltinq
şirkətinin Azərbaycan üzrə rəhbəriyəm. Biz hər il onlarla gənc mütəxəssisi işə
qəbul edirik. İnanın ki, işə qəbul edilən işçilərin
dərin biliklərə sahib olması hər
bir şirkət üçün
çox vacib bir amildir. Və burada söhbət yalnız nəzəri biliklərdən
yox, daha çox praktik, peşəkar biliklərdən gedir. Qeyd etmək istərdim
ki, gələcək peşəkarların
hazırlanması üçün bütün məsuliyyət yalnız təhsil
sisteminin üzərinə düşməməlidir.
Bu sahədə biznesin
də öz vəzifəsi və məsuliyyəti
var. Bütün dünyada, o cümlədən
Azərbaycanda biznesin cəmiyyət
qarşısında sosial məsuliyyəti
konsepsiyası getdikcə geniş
yayılır. Mən bu
konsepsiyanın böyük tərəfdarıyam
və hesab edirəm ki,
biz təhsil müəssisələri ilə
daha sıx əməkdaşlıq
etməliyik. İşəgötürənlə işçi
arasında münasibət əmək
kitabçasında yazılışdan
başlamamalıdır. O əslində təhsil ocağının
divarlarında bir müddət bundan öncə başlamalıdır.
Hazırkı dövrdə respublikamızda həyata
keçirilən uğurlu siyasət nəticəsində
iqtisadiyyatımız çox sürətlə
inkişaf edir. Bu səbəbdən işçilərə olan tələbat da
çoxalır. Təhsil müəssisələri bazarın
tələblərinə cavab verən
peşəkarlar hazırlamalıdırlar. Biznes
qurumlarının qarşısında isə təhsil
ocaqlarına konkret tələbatı
çatdırmaq vəzifəsi durur. Bununla bağlı ideyalarımız çoxdur. Amma vaxt məhdud olduğuna
görə bunlardan yalnız bir qismini sadalamaq
istərdim. Mən təhsil nazirinin
çıxışında səslənən bir fikri çox
dəstəkləyirəm. Qabaqcıl şirkətlərin
aparıcı mütəxəssislərini tədris prosesinə
cəlb etmək lazımdır. Bu çox vacib bir faktordur. Tələbələr
üçün keyfiyyətli və aktual təcrübə proqramları yaratmaq lazımdır və s.
Hörmətli müəllimlər!
Çıxışımın
sonunda mən sizə dərin təşəkkürümü
bildirmək istəyirəm. İşinizdə olan
çətinliklərə baxmayaraq siz öz peşənizə,
daim sadiq
qalmısınız. Çünki müəllimlik,
mənim fikrimcə, adi bir
peşə deyil. Müəllimlik
insanın üzərinə düşən ən şərəfli
missiyalardan biridir. Sizə
çətin və şərəfli işinizdə uğurlar arzu edirəm.
Diqqətinizə
görə çox sağ
olun.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.8.