Azərbaycan müəllimlərinin
XIV qurultayının qətnaməsi
Qurultayın
qətnaməsini Təhsil Nazirliyi
Dərslik
və nəşriyyat şöbəsinin müdir
müavini
Əsgər Quliyev oxudu
Azərbaycan müəllimlərinin XIV
qurultayı müasir təhsil salnaməsinə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda göstərilən istiqamətlər
üzrə qarşıya qoyulan hədəflərə
çatmaq yollarının müəyyən olunduğu, təhsil
quruculuğunda yeni mərhələyə start verildiyi əlamətdar
bir tədbir, yaddaqalan hadisə kimi daxil olur.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin qurultaya təbrik məktubu dövlət
başçısının təhsil sisteminə və təhsil
işçilərinə göstərdiyi diqqət və
qayğının parlaq təzahürü olmaqla
yanaşı, müasir təhsil quruculuğunun aydın
sabahına və uğurlu gələcəyinə nikbinlik
duyğuları yaradır.
Azərbaycan Respublikası təhsil nazirinin məruzəsində
Dövlət Strategiyasının məzmunu, məqsədi,
islahatın əsas strateji istiqamətləri, qarşıya
qoyulan strateji hədəflər və tədbirlərin
reallaşdırılması yolları
aydınlaşdırılmış, təhsil
islahatının perspektiv üçün əsas fəaliyyət
istiqamətləri dəqiq müəyyənləşdirilmişdir.
Qurultay Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda irəli
sürülən konseptual müddəaları və
ideyaları müasir təhsil quruculuğunda əsas proqram sənədi
kimi qəbul edərək məruzədə qarşıya
qoyulan vəzifələri, eləcə də məruzə ətrafındakı
çıxışlarda səslənən təklifləri nəzərə
alaraq qeyd edir ki, son illərdə təhsil sahəsində nəzərəçarpan
uğurların əldə olunması bilavasitə ölkənin
modernləşməsinə yönəlmiş sosial-iqtisadi
siyasətlə bağlı olmuşdur. Ötən dövrdə təhsilin infrastrukturunun müasirləşdirilməsi və təhsilin məzmunca
yeniləşdirilməsi istiqamətində önəmli
addımlar atılmış, təhsilin informasiyalaşdırılması
sahəsində irəliləyişə nail
olunmuş, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası
yönündə tədbirlər həyata keçirilmişdir.
Lakin buna baxmayaraq, hazırda dünyada
gedən proseslərə uyğun təhsildə
yeni yanaşmalara tələbat
yaranmışdır. Belə ki,
hazırda sürətlə inkişaf edən
və yayılan informasiya-kommunikasiya
texnologiyaları, bununla bağlı geniş vüsət almış qloballaşma prosesləri ölkənin sosial-iqtisadi və mədəni həyatına
ciddi şəkildə təsir etməkdədir.
Ölkənin İnkişaf Konsepsiyasında
deyildiyi kimi, belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən
biri dünya ölkələrinin
inkişaf sürəti ilə müqayisədə
geriliyə yol verməməkdən,
iqtisadiyyatın səmərəliliyini və rəqabət
qabiliyyətini artırmaqdan, onun innovasiya əsaslı irəliləyişini təmin
etməkdən, biliklərə əsaslanan iqtisadiyyatın
həlledici amili olan insan kapitalının adekvat
inkişafını ön plana
çəkməkdən ibarətdir. Bu
çağırış ölkəmizdə müasir
təhsil sisteminin
formalaşdırılmasını tələb edir. Bu baxımdan sürətlə
modernləşən Azərbaycanda təhsilin insan
kapitalının inkişafı
çağırışlarına cavab
verməsi üçün yeni, daha təsirli
addımların atılmasına ehtiyac
vardır.
Qurultay hesab edir ki, təhsilin Dövlət Strategiyası
perspektivdə təhsil sahəsində aparılacaq islahatlarda təhsil işçilərinə yol göstərən konseptual
sənəd kimi yüksək dəyərləndirilməli,
irəli sürülən hər bir ideya təhsil işçiləri tərəfindən dərindən öyrənilməli,
onların gerçəkləşdirilməsi yolunda
bilik və bacarıqlarını əsirgəməməli,
təhsili idarəetmə qurumları isə ölkənin intellektual potensialını bu
mühüm dövlət sənədində
müəyyənləşdirilmiş strateji
hədəflərə çatmağa səfərbər
etməlidir.
Qurultay təhsil prosesində məzmunun həlledici amil, təməl prinsip olduğunu vurğulayaraq hesab edir ki,
Dövlət Strategiyasında təhsilin məzmunca yeniləşdirilməsinə
müasir yanaşmalar
milli mütərəqqi ənənələrə,
beynəlxalq təcrübəyə, ölkənin sosial-iqtisadi inkişaf tələblərinə, modernləşmə meyillərinə
tamamilə uyğun olaraq
səriştəyə əsaslanan şəxsiyyətyönlü
təhsil məzmununun yaradılmasına yönəlmişdir.
Qurultay tədris prosesində təhsilverənin fenomenal rolunu, insan kapitalının ahəngdar
inkişafının müstəqil dövlətçilik fəlsəfəsinin
əsas hədəfi olduğunu xüsusi vurğulayaraq qeyd edir ki,
aparılacaq islahatlar təhsil prosesində innovativ təlim
metodları və texnologiyalarını tətbiq edən, təhsilin məzmununun səmərəli
mənimsənilməsini təmin edən səriştəli təhsilverənin
formalaşdırılmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə imkan verəcəkdir.
Qurultay hazırda təhsili idarəetmə sahəsində ciddi problemlərin olduğunu,
təhsilin nəticələrinə görə cavabdehliyin artırılması, təhsilin
keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi, təhsilin
maliyyələşdirilməsinin onun
keyfiyyətinə yönəldilməsi sahəsində islahatlara ciddi ehtiyac olduğunu xüsusi
qeyd edərək bəyan edir
ki, Dövlət Strategiyasında yer alan nəticələrə
görə cavabdeh, şəffaf və tənzimlənən
mexanizmlərə malik, dövlət-ictimai
xarakterli və dövlət-biznes əməkdaşlığına
əsaslanan təhsildə yeni idarəetmə
sisteminin formalaşdırılması
istiqamətində atılacaq
addımlar Azərbaycan təhsilində idarəetmənin Avropa təhsil standartlarına
uyğunlaşdırılmasına güclü
təkan verəcək, təhsildə keyfiyyətin yüksəldilməsinə
kömək edəcəkdir.
Qurultay təhsil quruculuğunda müasir tələblərə cavab verən infrastrukturun
yaradılması və təhsilin maliyyələşdirilməsinin
yeni mexanizminin
qurulması ilə bağlı Strategiyada yer alan strateji
istiqamətlər və hədəflərin ölkənin iqtisadi potensialına söykəndiyini və
reallıqları əks etdirdiyini qeyd edərək bildirir ki, göstərilən
istiqamətlərdə nəzərdə tutulan
islahatların gerçəkləşdirilməsi
Azərbaycan təhsilinin inkişaf etmiş ölkələrin təhsil sistemlərinə
uyğunlaşdırılmasına, ömürboyu
təhsili təmin edən infrastrukturun və
təhsilin iqtisadi cəhətdən dayanıqlı
yeni maliyyələşdirmə mexanizminin yaradılmasına imkan
verəcəkdir.
Qurultay əmin olduğunu bildirir
ki, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın reallaşdırılması təhsilin
məzmunu, kadr hazırlığı, təhsili
idarəetmə sistemi, təhsilin infrastrukturu və təhsilin maliyyələşdirilməsinin
beynəlxalq təcrübəyə və ölkənin İnkişaf Konsepsiyasına uyğun olaraq yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə
əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü,
ölkənin davamlı və rəqabətqabiliyyətli
inkişafını təmin edəcək, müstəqil Azərbaycan
Respublikasının dünyanın iqtisadi
cəhətdən inkişaf etmiş dövlətləri arasında layiqli yer tutmasına xidmət
edəcəkdir.
Qurultay dövlət başçısına qurultay
iştirakçılarına ünvanladığı səmimi
təbriklərə və xoş sözlərə
görə minnətdarlığını, hörmət və
ehtiramını bildirir, bu
yaxınlarda keçirilən prezident
seçkilərində qazandığı möhtəşəm
qələbə münasibəti ilə Zati-alilərini səmimi-qəlbdən təbrik edir,
müstəqil Azərbaycanın xoşbəxt gələcəyi,
təhsilimizin işıqlı sabahı naminə daha böyük uğurlar arzulayır, təhsil işçilərinin
hər zaman onun daxili və xarici siyasətini
dəstəklədiyini bəyan edir.
Azərbaycan
müəllimlərinin XIV qurultayı böyük
inam və nikbinliklə bəyan edir ki, ölkəmizin təhsil
işçiləri əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulan təhsil quruculuğu
prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, Strategiyada
qarşıya qoyulan bütün hədəflərə
çatmağa nail olacaq, müasir təhsil sisteminin qurulması kimi tarixi zəfərə imza
atacaqlar.
Hazırladılar: Yusif
ƏLİYEV,
Hicran
ƏKBƏROVA,
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 20 dekabr.- S.8.