"İKT ili" təhsil sistemində də uğurlu
oldu
Başa çatmaqda olan 2013-cü - "İKT
ili"ndə təhsil sisteminin
informasiyalaşdırılması üzrə xeyli iş
görülmüşdür. İlk növbədə təhsil
sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi diqqətdə
saxlanılmışdır.
Təhsil müəssisələrinin
informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompüter avadanlığı və digər zəruri rəqəmsal
avadanlıqla təminat sahəsində son illər aparılan
işlər 2013-cü ildə də davam etdirilmişdir. Təhsil
müəssisələrinin İKT avadanlıqları ilə təmin
edilməsi məqsədi ilə respublika üzrə təhsil
müəssisələrinə və Təhsil Nazirliyinin
tabeliyində olan şəhər və rayon təhsil
şöbələrinə 3707 ədəd stolüstü
kompüter, 4853 ədəd noutbuk, 1976 ədəd proyektor və
2600 ədəd interaktiv elektron lövhə paylanılmış, xüsusi
qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin
inkişafı ilə əlaqədar distant tədris mərkəzindəki
müəllim və şagirdlər
31 ədəd Traxus Roller Plus Joystick, 30 ədəd
qulaqcıq Microsoft LifeChat, 100 ədəd
qulaqcıq A4TECH və 100 ədəd qrafik planşeti Wacom
Bamboo Pen ilə təmin edilmişdir. Məlumat və
Resurs Mərkəzinin Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulma sürətinin 1 Gb/s-dən 10 Gb/s-dək
artırılması üçün o lazımi
avadanlıqlarla təchiz edilmişdir.
Təhsil müəssisələrində İKT
avadanlığına texniki nəzarət və dəstək
sistemi daha da təkmilləşdirilmiş, "Elektron məktəb"
layihəsində iştirak edən təhsil müəssisələrinə
texniki dəstək göstərilmişdir. Bakı şəhəri
və Abşeron rayonunda 366 təhsil müəssisəsi
texniki dəstək xidməti ilə əhatə olunmuşdur.
Milli Təhsil Portalının məlumatları daim yenilənmiş,
Məlumat və Resurs Mərkəzində elektron sənəd
dövriyyəsinin dəstəklənməsi və konsultasiya
xidmətləri göstərilmişdir.
İntranet xidmətlərinin işlənilməsi və
İnternet şəbəkəsinə
çıxışın təmin olunması istiqamətində
də addımlar atılmış, Azərbaycan Təhsil
Şəbəkəsinə (İntranet və İnternet) əlavə
olaraq 70 təhsil müəssisəsi qoşulmuşdur.
2013-cü ilə qədər qoşulmuş 1695 təhsil müəssisəsi
mütəmadi olaraq İntranet və İnternetə
çıxışla təmin edilmişdir.
Bu il təhsil sisteminin
informasiyalaşdırılması ilə bağlı
görülmüş işlərin bir istiqaməti də
elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi
olmuşdur.
Belə ki, bu sahədə görülən işlər
nəticəsində Young Digital Planet şirkətinin Universal Kurikulum
platforması üzrə 57 ədəd elektron dərs
hazırlanmış, həmin şirkət tərəfindən
"Rəqəmsal kitab rəfi" həlli və həll çərçivəsində
dərsliklər interaktiv formata keçirilmiş, 10 ədəd
milli tədris fənni üzrə elektron tədris
resursları hazırlanmış və təhsil portalında
yerləşdirilmiş, 57 ədəd animasiyalı müəllim
təqdimatı və multimedia məzmunlu videodərslər
hazırlanmışdır.
Təhsil sistemində idarəetmənin
informasiyalaşdırılması da
diqqət mərkəzində durmuşdur. Təhsil
Nazirliyi üçün elektron formada diplomların məlumat
bazası və diplomların mərkəzləşdirilmiş
yoxlama portalının hazırlanması üzrə işlər
aparılmış, təhsil müəssisələrində
yerləşən fərdi kompüterlər ilə Məlumat
və Resurs Mərkəzi arasında bağlantı
lisenziyaları, məlumatların və İnternetin
ötürülməsi təmin edilmiş, mərkəzin
bütün serverlərinə Vmware virtuallaşdırma
lisenziyaları verilmişdir. Təhsil müəssisələri
"Cisco Contact Center Express" Çağrı mərkəzi
sisteminin yenilənməsi üçün 33, "Cisco TANDBERQ
TelePresence" Video Konfrans sisteminin yenilənməsi
üçün isə 21 ədəd lisenziya ilə təmin
edilmiş, onlarda olan kompüterlərin lisenziyalı
"Bitdefender SRL" antivirus proqramları ilə təmin
olunması üçün 10000 "Plus 2012 antivirus"
lisenziyaları verilmişdir.
Bu il kadr potensialının gücləndirilməsi sahəsində
də diqqətəlayiq işlər
görülmüşdür. Belə ki, təhsil sisteminin
pedaqoji heyətinə tədris prosesində informasiya və
kommunikasiya texnologiyalarından (İKT) effektiv istifadə edilməsi
üçün İntel "Gələcək
üçün təhsil" təlim vəsaitləri əsasında
treninq keçirilmişdir. Həmin vəsait üzrə 1135 nəfər
müəllimə 48 saatlıq təlimlər
keçirilmişdir.
İntel "Gələcək üçün təhsil"
proqramı ümumtəhsil və ali pedaqoji müəssisələrin
müəllimlərinin tədris prosesində İKT-dən səmərəli
istifadə etmələri üçün treninq vəsaitidir.
Treninqin proqramı 12 auditoriya məşğələsi
modulundan ibarətdir. Hər modulda müəllimlər öz tədris
layihələri üzərində işləyirlər.
Təhsil Nazirliyi tərəfindən seçilmiş
pilot məktəblərin 210 nəfər pedaqoji heyəti
üçün "Həmkara dəstək" layihəsi
üzrə 48 saatlıq, 405 nəfər laborant heyəti
üçün İKT üzrə savadlılığın
artırılmasına yönəldilmiş treninqlər
keçirilmişdir.
Seçilmiş pilot məktəblərin 660 nəfər
pedaqoji heyəti üçün "Fənlər üzrə
elektron təhsil resurslarının hazırlanması" layihəsi
çərçivəsində 48 saatlıq, 1200 nəfər
pedaqoji heyəti üçün isə təhsil
portalından istifadə üzrə
savadlılığının artırılmasına yönəldilmiş
treninqlər keçirilmişdir.
Bununla bərabər, Milli Təhsil Məlumat
Bazasının istifadəsinin təbliği sahəsində
1750 nəfər üçün 48 saatlıq treninqlər
keçirilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların
distant təhsilinin
icrasını təmin etmək məqsədilə
İKT avadanlıqlarından və texniki vasitələrdən
istifadəyə dair 66 nəfər müəllim, valideyn və
şagird heyətinə təlimlər keçirilmişdir. Eyni
zamanda 22 nəfər müəllim heyətinə "Fənlər
üzrə elektron təhsil resurslarının
hazırlanması" layihəsi üzrə 48 saatlıq
treninqlər keçirilmişdir.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2013.- 27 dekabr.- S.6.