2013-cü ildə Azərbaycanda
və dünyada İKT
sahəsində hansı yeniliklər baş verdi?
Azərbaycanın ilk peyki olan
"Azerspace-1" telekommunikasiya peyki 8 fevral 2013-cü ildə
orbitə buraxılıb.
Martın
15-dən peykin idarə edilməsi
bütünlüklə yerli mütəxəssislərə
verilib.
2013-cü ilin mayından
"Azerspace-1"in resurslarının
istifadəsinə başlanılıb. Əsas məqsəd yerli radio və televiziya kanallarının yayımını peyk vasitəsilə təmin etməkdir. Bununla bağlı bütün texnoloji işlər də başa
çatdırılıb.
"Apple" şirkəti yeni nəsil "iPhone" smartfonlarını təqdim edib
Amerikanın "Apple" şirkəti sentyabrın 10-da yeni nəsil
"iPhone" smartfonlarını təqdim edib. Şirkət eyni
zamanda qurğunun iki versiyasını (əsas və büdcəyə
uyğun) təqdim edə bilib. Mütəxəssislər bildiriblər
ki, "Apple" artıq yalnız bahalı
smartfonların istehsalı ilə məşğul olmayacaq. "iPhone" smartfonunun büdcəyə uyğun
versiyasının korpusu alüminium
deyil, plastik materialdan
hazırlanıb və müxtəlif rəngli
panelləri var.
"Intel" şirkəti dünyanın ən sürətli fləş-kartını hazırlayıb
"Intel"
şirkəti dünyada
ən sürətli fləş-kartı nümayiş
etdirib. Şirkət "Thunderbolt"
texnologiyasından istifadə etməklə digər USB fləşlərdən
fərqli olaraq
məlumatların ötürülmə sürətində
əsl sıçrayışa nail ola bilib. Intel "Computex" sərgisində kompüterə
"Thunderbolt" portu
vasitəsilə birbaşa qoşulan
128 Qb həcmli fləş-diskin prototipini təqdim edib. Yeni daşıyıcı
ölçüsünə görə ənənəvi USB
fləş-disklərini xatırladır. Bu
fləş-kart "Thunderbolt"
interfeysindən istifadə əsasında hazırlanan ilk fləş-disklərdən biridir.
"Microsoft"un yeni proqramları
"Microsoft"
şirkəti "Surface"
internet-planşetləri üçün yeni proqramlar dəsti təqdim
edib. Yeni proqramlar "Touch Cover" və "Typer Cover" versiyalarının məhsuldarlığını
artırmaqla kameraların işini yaxşılaşdırıb. Bundan başqa, yeni dəst yenilənmiş
"Wi-Fi" və "Bluetooth"
drayverlərinə malikdir. Burada
eyni zamanda sistemin ümumi stabilliyi artırılıb və akkumulyatorun qüvvə ehtiyatı
azaldılıb.
"Google"
şirkəti Chrome 27 proqramını
istifadəyə verib
"Google" şirkəti
Windows, Mac və Linux əməliyyat
sistemlərinin Chrome brauzerinin
yeni versiyasını istifadəyə verib. Əvvəlki versiya ilə
müqayisədə Chrome 27-nin sürəti təxminən
5% artıb, həmçinin
bir sıra çatışmazlıqlar aradan
qaldırılıb. Brauzerin daha ləng
işləyən məqamlarında
- sənədlərin çapa
verilməsi və videoların emalı zamanı özünü göstərir.
Həmçinin Chrome 27-də veb-proqramlara istifadəçi məlumatlarını
Google Drive-də saxlanılan
məlumatlar ilə sinxronlaşdırmağa imkan
verən API chrome.syncfilesystem
sistemi yenilənib.
Azərbaycan müəllimi.- 2013.- 27 dekabr.- S.6.