"İKT ili"nin bir müəllimə töhfəsi

 

Son illər ölkəmizdə hər təqvim ilinin Prezident sərəncamına əsasən cəmiyyətin həyatında mühüm  rol oynayan bir fəaliyyət sahəsi ilə adlandırılması artıq yaxşı bir ənənə halını alıb. Təbii ki, bu, cəmiyyətin diqqətini həmin sahənin inkişafı zərurətinə cəlb etməklə yanaşı, bu sahədə inkişafyönümlü addımların atılmasını, layihələrin gerçəkləşdirilməsini nəzərdə tutur il ərzində həyata keçirilən  məqsədyönlü tədbirlər nəticəsində o sahənin üstün inkişafı təmin olunur. Bu baxımdan 2013-cü il yaddaşlarda "İKT ili" kimi qalacaqdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli sərəncamı ilə cari il ölkəmizdə  "İnformasiya kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. Məqsəd cəmiyyət həyatında əvəzsiz rola malik, müasir dövrün biliklər iqtisadiyyatına keçidin əsas atributuna çevrilmiş İKT-nin ölkəmizdə daha da inkişafını, qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrinə tətbiqini təmin etmək idi. İndi, il sona çatarkən aydın görmək olar ki, qarşıya qoyulan məqsəd əldə olunmuşdur.

Son illər İKT-nin təhsil sistemində tətbiqi geniş vüsət almışdır. Müəllimlərimiz müasir dövrün bu ən mükəmməl texnologiyalarının tədrisdə tətbiqi istiqamətində yaradıcı axtarışlar aparmaqda ortaya maraqlı , fəaliyyət nümunələri qoymaqdadırlar. "İKT ili"nin faydasını öz fəaliyyətində hiss edən onun töhfələrindən geniş bəhrələnən müəllimlərdən biri Bakı şəhərindəki 264 nömrəli məktəb-liseyin fizika müəllimi Aliyə Səlimovadır.

Başa çatmaqda olan "İKT ili" Aliyə müəllimin həyatında bir çox yeni hadisələr uğurlarla əlamətdar olmuşdur. O, artıq dalbadal üçüncü ildir ki, "Elektron təhsil" müsabiqəsində iştirak edir. İlk dəfə "Sabit cərəyan qanunları" (Mimio proqramında) mövzusu ilə 2011-ci ildə həmin müsabiqəyə qatılmış müəllim həm həmin il, həm "Ağırlıq qüvvəsi" mövzusu ilə ("Power Point" proqramında) iştirak etdiyi 2012-ci ildə fərqlənmiş, 2013-cü ildə isə qaliblər sırasına düşərək II yerə layiq görülmüşdür.

Aliyə müəllim ötən il İnternetdə açdığı "aliyesəlimova.ucoz.ru" saytını bu il daha da təkmilləşdirmiş, onu yeni-yeni materiallarla, fizikaya onun tədrisinə dair maraqlı məlumatlar elmi yeniliklərlə, elektron dərs nümunələri ilə zənginləşdirmişdir. Saytın "videoçarxlar" "flash" fizika rubrikaları xüsusilə diqqətçəkəndir.

Burada fizika hadisələri qanunları maraqlı animasiya formasında təqdim olunur. Təcrübəli müəllim bu məlumatlardan dərslərində geniş istifadə edir, onlardan hazırladığı təqdimatlarla tez-tez "açıq dərs"lər verir bu dərslər həmkarları tərəfindən maraqla qarşılanır.

Bu yaxınlarda Aliyə Səlimovanın İKT-dən istifadə ilə keçdiyi maraqlı bir "açıq dərs"də biz iştirak etdik. Müasir  təlimin tələblərinə uyğun qurulmuş, kiçik qruplarla forması seçilmiş dərsdə sinif qruplara bölünərək hər qrupa fizika terminlərinə uyğun ad verilmişdi. Müəllim motivasiya yaratmaq üçün öncə elektron lövhədə müxtəlif cism şəkilləri nümayiş etdirdi şagirdlərlə "cisim", "maddə", "kəmiyyətlər", "ölçü", "kainat", "fiziki sahə" sair kimi anlayışlara aydınlıq gətirildi. Aparılan qısa araşdırma, müqayisə sual-cavabdan maddənin atomlardan əmələ gəldiyi qənaəti hasil olundu. Sonra tədqiqat sualı qoyuldu: "Maddəni təşkil edən nədir?". Müəllim ekranda nümayiş etdirdiyi müvafiq materiallarla maddənin ən kiçik hissəcikləri olan atomlarla bağlı irəli sürülən fərziyyələr onun kəşfi, bu sahədə xidmətləri olmuş alimlər haqqında qısa məlumat verdi. Atomun tərkibi müvafiq şəkildə araşdırıldı şagirdlər onun elektron, proton neytronlardan ibarət olduğunu öyrəndilər. Sonra atomun modeli (nüvənin ətrafında hərəkət edən elektronlarla) ilə günəş sistemi arasında müqayisə paralellər (forma ölçülər müqayisə olunmaqla) aparıldı. Bütün bunlar müəllimin hazırladığı slaydlarla təqdim olundu.

Sonra atom nüvəsini təşkil edən proton neytronlar haqqında məlumat verildi, atomda elektronların ayrılması ona elektronların əlavə  olunması müvafiq slaydlarla müəllimin şərhinin müşayiəti ilə şagirdlərə izah edildi.

Müəllim bu prosesləri çoxlu misallar gətirməklə şagirdlərə çatdırdı onları müvafiq tətbiqi tapşırıqlar üzərində işlətdi. Öyrənilənlərin yoxlanılması mərhələsi maraqlı, şagirdlərin fəallığı ilə keçdi.

Sonra müvafiq qaydada, yəni müəyyən bilik bacarıqlar üzrə qrupların qrup daxilində şagirdlərin fəaliyyətləri qiymətləndirildi evə tapşırıq verildi.

Dərs şagirdlərlə yanaşı, onu dinləyən müəllimlərin valideynlərin çox xoşuna gəldi dərsin təhlili zamanı onlar Aliyə müəllimin İKT-dən bacarıqla istifadə etdiyini xüsusi vurğuladılar.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 27 dekabr.- S.6.