Təhsil naziri beynəlxalq fənn

olimpiadalarının qalibləri ilə görüşüb

 

Dekabrın 25-də təhsil naziri Mikayıl Cabbarov kimya, riyaziyyatrus dili üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb.

Təhsil naziri beynəlxalq fənn olimpiadalarının qaliblərini əldə etdikləri uğurlara görə təbrik edib. Nazir onların gələcəkdə daha böyük uğurlara nail olacağına və yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləyib. Olimpiada qaliblərinin belə möhtəşəm nailiyyət əldə etməsində təhsil aldıqları məktəblərin və müəllimlərin mühüm rolunu qeyd edən nazir, xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirib.

Beynəlxalq olimpiadaların qalibləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, təhsil aldıqları məktəblər və müəllimləri haqqında məlumat veriblər. Onlar beynəlxalq bilik yarışmalarında Azərbaycanı yüksək səviyyədə təmsil etməkdən qürur hissi keçirdiklərini söyləyiblər.

Görüşün sonunda beynəlxalq fənn olimpiadalarının qaliblərinə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunub.

 

Azərbaycan müəllimi.- 2013.- 27 dekabr.- S.2.