Bakı Slavyan
Universitetində
beynəlxalq elmi konfrans keçirilib
20-21 dekabr tarixlərində Bakı Slavyan
Universitetində "Müqayisəli
ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə
istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında"
mövzusunda V Beynəlxalq elmi konfrans keçirildi. BSU və
Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının
birgə təşkilatçılığı ilə
keçirilən tədbirdə 17 ölkədən gəlmiş
40-dan çox ədəbiyyatşünas alim, eləcə də
Milli Məclisin deputatları, ziyalılar, respublikamızın
ali təhsil və elm müəssisələrinin nümayəndələri,
tələbələr və KİV təmsilçiləri
iştirak edirdilər.
BSU-nun rektoru, AMEA-nın
müxbir üzvü, professor, əməkdar
elm xadimi Kamal Abdullayev tədbiri açaraq
iştirakçıları salamladı. Xarici
qonaqları təqdim edən rektor konfransda iştirak etdiklərinə
görə onlara öz minnətdarlığını
bildirdi. Ənənəvi olaraq 2-3 ildən bir
"Müqayisəli ədəbiyyat" devizi altında
keçirilən beynəlxalq elmi konfransın mövzusunun hər
dəfə ədəbiyyatda müxtəlif problemlərə həsr
edildiyini və geniş əhatə dairəsinə malik
olduğunu diqqətə çatdıran K.Abdullayev bu tədbirə
marağın ildən-ilə artdığını
vurğuladı. Oeyd olundu ki, iki gün davam edəcək
beynəlxalq elmi məclisdə müasir ədəbiyyatın
və mifologiyanın problemləri, eyni zamanda, tarixən ədəbiyyat,
mif, tarix arasındakı əlaqələrin
açılması baxımından çox maraqlı mətləblərə
toxunulacaqdır.
Konfransın plenar
iclasında
çıxış edən BSU-nun Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, Azərbaycan Müqayisəli
Ədəbiyyat Assosiasiyasının sədri, filologiya üzrə
elmlər doktoru, professor Rəhilə Qeybullayeva tədbirin əhəmiyyətindən
danışaraq tarix və ədəbiyyatın ümumi və
fərqli xüsusiyyətlərini səciyyələndirdi. R.Qeybullayeva tarixin yazılma
formalarını, müxtəlif xalqların keçid
dövrlərini,
"tarix" və "history" sözlərinin
etimologiyasını, tarix və ədəbiyyat terminlərinin
müxtəlif xüsusiyyətlərini müqayisəli şəkildə
təhlil etdi. O, tədbir iştirakçılarına
konfransın işi haqqında məlumat verdi
və materialların kitab şəklində nəşr
olunacağını diqqətə çatdırdı.
Sonra tədbirin əsas məruzəçiləri
- Viskonsin
Medison Universitetinin (ABŞ) dosenti Maks Statkiyeviç
"Başlanğıc: ədəbiyyat tarix və mif
arasında vasitəçi kimi",
Boğaziçi və Yeditəpə universitetlərinin
(Türkiyə) professoru Suat
Karantay "Səyahət
yaddaşın forması kimi: Monteqyunun türk səfirinin məktubları"
mövzusunda məruzə etdilər.
V Beynəlxalq elmi
konfrans münasibətilə
iştirakçıları təbrik edən Osaka Universitetinin
(Yaponiya) dosenti Takayuki-Yokota Murakami Kamal Abdullayevin yapon dilinə
tərcümə olunmuş və bu uzaq ölkədə
işıq üzü görmüş "Sehrbazlar dərəsi"
kitabını müəllifə təqdim etdi.
Tədbirdə
BSU-nun beynəlxalq əlaqələr
üzrə prorektoru, Milli Məclisin deputatı Sahibə Qafarova, Bakı Asiya Universitetinin rektoru,
professor Cəlil Nağıyev, Miçiqan Universitetinin (ABŞ) professoru
Jaspal K.Singh, Təbriz Universitetindən Hossein Sabouri (İran), Ural Federal
Universitetindən Sergey Sokolov
(Rusiya),
Lyudmila Bejenaru (Rumıniya),
Vera Oçxeli (Gürcüstan),
Rafi Beykhanov (İsrail) və başqaları çıxış
edərək konfransın
işinə uğurlar
arzuladılar.
Sonra konfrans öz işini "Tarixi və ədəbi janrlar : təsvir üsulları",
"Ədəbi mətnlərdə
tarixin təsviri formaları", "Keçid
dövründə ədəbiyyat
və tarix", "Mifoloji qatda tarix", "Tarix və istorioqrafiya", "Dil tarixin mənbəyi kimi" bölmələrində
davam etdirdi.
Konfrans çərçivəsində
həmçinin Əl-Fərabi
adına Qazaxıstan Milli Universitetinin professoru Anuar Qaliyevin "Keçmişin dərki: mif və tarix
arasında", Orenburq
Dövlət Pedaqoji Universitetinin professoru S.Lyubiçanovskinin "Yaddaş
və gündəlik
(Leonid Bolşakovun şəxsi
gündəliyi əsasında)"
mövzusunda "ustad
dərsləri", Osaka Universitetinin
dosenti Takayuki-Yokota Murakaminin
sədrliyi ilə
"İtirilmiş milli
tarixin bərpası: Latviyanın rusdilli yəhudi yazıçıları
və onların əsərləri" mövzusunda
"dəyirmi masa"
təşkil olunub.
Konfransa
gələn xarici qonaqlar mədəni proqram çərçivəsində
maraqlı ekskursiyalarda
iştirak ediblər.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"
Azərbaycan
müəllimi.- 2013.- 27 dekabr.- S.2.