Yeni il təbrikləri
Əhliman ƏMİRASLANOV,
Azərbaycan Tibb Universitetinin rektoru,
akademik,
SSRİ Dövlət mükafatı laureatı,
Milli Məclisin deputatı
Artıq yeni-2014-cü təqvim
ilinin nəfəsi duyulmaqda, 2013-cü ilin son günlərinin
son səhifələri
tarixə çevrilməkdədir.
2013-cü il
həm Azərbaycan Respublikasının doqquz milyonluq vətəndaşı üçün, həm də dünyanın bütün guşələrində yaşayan
dünya
azərbaycanlıları üçün arzuolunan bərəkətli illərdən olmuşdur.
Təbii ki, yola saldığımız ilin ən əlamətdar
tarixi hadisəsi
ondan ibarətdir
ki, 2013-cü il oktyabrın 9-da xalqımızın, millətimizin obyektiv seçimi
ilə dünya şöhrətli
siyasətçi möhtərəm cənab İlham Əliyev
yenidən ölkəmizin
Prezidenti seçilmişdir. Xalqımız builki şəffaflıqla
keçirilən demokratik prezident seçkilərində də ulu öndər dahi Heydər Əliyev
siyasətinin
uğurlu
davamına
səs vermişdir. Bu siyasət təkcə inkişaf
etmiş ölkələr sırasında özünə möhkəm yer tutan, gündən-günə gözəlləşən, yeniləşən vətənimiz Azərbaycanda yaşayan azərbaycanlılar tərəfindən deyil, bütövlükdə dünya azərbaycanlıları tərəfindən bəyənilir, dəstəklənir. Hamı böyük sevinclə bu
siyasətin
davam və inkişafına, dünya
arenasında
yeni zirvələr fəth
etməsinə
öz töhfələrini
verir. Bu da ulu öndərimiz
dahi Heydər Əliyevin bünövrəsini
möhkəm özüllər üzərində qoyduğu dünya azərbaycanlılarının həmrəyliyinin təşəkkül tapmasının sübutlarından, parlaq göstəricilərindəndir. Bu bizi sevindirir, ona görə ki, bizim
gücümüz xalqımızın, millətimizin birliyindədir. Bu birliyin sarsılmazlığı
vətənimizin, dövlətimizin sarsılmazlığı, Bayrağımızın ucalığı deməkdir.
Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasət dünyanın bütün ölkələrində dəstəklənir, rəğbətlə qarşılanır. Çünki bu
siyasət bəşəri siyasətdir və sülhə, demokratiyaya,
firavanlığa xidmət edir.
Bu
siyasətin
uğurlu
nəticələrindən Azərbaycan səhiyyəsinin, Azərbaycan təhsilinin, Azərbaycan elminin inkişafına da böyük pay düşür. Belə ki, son on ildə Azərbaycan təhsil sistemi, Azərbaycan səhiyyəsi, Azərbaycan elmi yeni inkişaf
mərhələsinə qədəm qoyaraq dəyərli müvəffəqiyyətlər qazanmışdır. Bunu Azərbaycan Tibb Universitetinin timsalında da aydın görmək mümkündür. Bu illər ərzində dövlət qayğısı sayəsində Azərbaycan Tibb Universitetində
dörd
möhtəşəm klinika tikilib istifadəyə verilmişdir. Dünyanın heç bir ölkəsində qısa
müddət ərzində tibb
təhsili
və səhiyyə sistemində
belə sıçrayışlı irəliləyiş olmamışdır. Bu
klinikalardan sonuncusu, yəni Tədris
Cərrahiyyə
Klinikasının açılış tədbiri 2013-cü il sentyabrın 12-də baş tutmuşdur. Tədbirdə
2008-ci il martın 13-də bu klinikanın bünövrəsinin
qoyulması haqqında sərəncam imzalayan cənab
Prezident İlham Əliyev və onun
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişlər. Onların son beş
ildə üçüncü dəfə Azərbaycan Tibb Universitetinə
gəlmələri, Azərbaycanın bir zərrəsi
olan bu kiçik kollektivə öz böyük töhfələrini
ərməğan etmələri, sözlə ifadə çərçivəsinə sığmayan diqqətdir, qayğıdır. Tədbirdə geniş nitq
söyləyən İlham Əliyev
böyüklüyü bir daha sübut etdi ki, Azərbaycanda heç nə və heç kim onun diqqətindən, qayğısından
kənarda
qalmır.
Bugünkü fürsətdən istifadə edərək Prezidentimiz başda
olmaqla millətimizi, xalqımızı, bütün vətəndaşlarımızı Azərbaycan Tibb Universitetinin əməkdaşları və tələbə gəncləri
adından, eləcə də öz adımdan 31 dekabr -Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni - 2014-cü ilin
mübarək qədəmli gəlişi münasibətilə təbrik edir, hamıya başının üstündə aydın səma, sülh, firavanlıq diləyir, hər bir ailəyə xoşbəxtlik, səadət arzulayıram.
Qoy, Yeni il hər birimizə ürəyimizcə olan uğur
gətirsin.
Nərgiz PAŞAYEVA,
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,
filologiya
elmləri doktoru, professor,
əməkdar elm xadimi
Valideynlərimizlə
yanaşı, müəllimlər hamımızın həyatında
ən önəmli rol oynayan insanlardır və biz həyatda
nail olduqlarımıza görə məhz onlara borcluyuq.
O insan xoşbəxtdir ki, tale ona yaxşı müəllimlər
qismət edir. Belə müəllimlər şagirdlərinə,
tələbələrinə təkcə bilik, savad öyrətmir,
həm də onlar üçün örnək olur, müdriklik və
ədalət rəmzinə çevrilir. Belə müəllimlərin
obrazlarını
ömrünün sonuna qədər qəlbində
yaşadan insan xoşbəxtdir. Fikrimcə, hər
hansı bir dövləti və ya milləti məğlub etmək
üçün ona qarşı müharibəyə
başlamaq lazım deyil, bunun üçün millətin ləyaqətli
müəllimlərini əlindən almaq kifayətdir.
Əziz müəllimlər!
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının bütün kollektivi
adından və öz adımdan sizi Yeni il münasibətilə
ürəkdən təbrik edir, sizə möhkəm
cansağlığı, müqəddəs və şərəfli
müəllimlik peşəsində uğurlar arzulayıram. Arzu edirəm ki, 2014-cü ildə şagirdləriniz
və tələbələriniz sizi yeni nailiyyətlərlə
sevindirsinlər. Axı, müəllim üçün ən
böyük sevinc yetişdirməsinin uğurudur!
Yeni iliniz mübarək!
Səttar
MEHBALIYEV,
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin
deputatı
Əziz təhsil işçiləri, hörmətli həmkarlar!
Azərbaycan xalqının milli birlik rəmzi olan 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə
hər birinizi ürəkdən təbrik edirəm.
Dünya azərbaycanlılarının
birliyi ideyası Azərbaycan xalqının ümummilli lideri,
ulu öndər Heydər Əliyevin milli dövlətçilik
tariximizdəki ən böyük xidmətlərindən
biridir. Məhz ulu öndərin təşəbbüsü
əsasında 22 il öncə - 1991-ci ilin 16 dekabrında
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qəbul
etdiyi qərarla 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü elan edilmişdir. Bu
tarixi qərarla Heydər Əliyev soydaşlarımızın
birlik və həmrəylik ideyasını dövlət siyasəti
səviyyəsinə qaldırmış, onun irəli
sürdüyü azərbaycançılıq ideologiyası
bütün dünya azərbaycanlılarının vahid milli
düşüncə işığında bir araya gəlməsini
təmin etmişdir.
Bu ideologiya zaman keçdikcə dünya azərbaycanlılarını
öz işığında daha sıx birləşdirir, məskunlaşdıqları
ölkələrin ictimai-siyasi, mədəni və
işgüzar həyatında mühüm mövqelərə
sahiblənmək, Azərbaycanın dünyaya təqdim olunması,
maddi və mənəvi irsimizin təbliği, ölkəmizə
qarşı ideoloji təxribatların qarşısının
alınması istiqamətində soydaşlarımızın
fəallığını artırır.
Azərbaycan dövlətinin
inkişafı, ölkəmizin tərəqqisi hər birimizin
müqəddəs arzusudur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yürütdüyü uğurlu daxili və xarici siyasət bu
gün milyonlarla azərbaycanlının arzusunu gerçəyə
çevirir. Azərbaycanın 2013-cü
ildə təhsil, elm, tibb, iqtisadiyyat, mədəniyyət, eləcə
də ölkə həyatının digər bütün
önəmli sahələrində qazandığı möhtəşəm
nailiyyətlər bunun sübutudur. İnanırıq
ki, Azərbaycanın dinamik inkişafı növbəti illərdə
də uğurla davam etdiriləcək, milli birliyimizin möhkəmləndirilməsinə
yeni-yeni töhfələr veriləcəkdir.
Əziz təhsil işçiləri, hörmətli həmkarlar!
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Sizə ən
xoş diləklərimi yetirir, hər birinizə uzun
ömür, möhkəm cansağlığı, həyat və
fəaliyyətinizdə uğurlar, xalqımıza sülh və
firavanlıq arzulayıram!
Abel
MƏHƏRRƏMOV,
Bakı
Dövlət Universitetinin rektoru,
Milli Məclisin
deputatı, akademik
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə bütün
dünya azərbaycanlılarını və müəllimlərimizi təbrik edir, ən xoş
arzularımı çatdırıram.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə keçirilən bu əlamətdar tarix ölkəmizin
dünya dövlətləri arasında söz sahibinə
çevrilməsinə, dünya azərbaycanlıları
arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına
böyük təkan vermişdir. Soydaşlarımızın
qarşısında duran vəzifələri dəqiq və
aydın müəyyənləşdirən ulu öndərimiz
demişdir: "Dünya azərbaycanlılarının ancaq
bir müstəqil dövləti var. Bu, Azərbaycan
Respublikasıdır. Biz hamımız onun ətrafında
birləşməliyik".
Bu gün möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin diaspor quruculuğu işinə
böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli
yardım göstərməsi nəticəsində xaricdəki
həmvətənlərimizin birlik, həmrəylik telləri
daha da güclənmiş, onlar müstəqil dövlətimizin
təbliği işinə öz layiqli töhfələrini
verməkdədirlər. Möhtərəm
Prezidentimizin dediyi kimi, "Vətənimizin
hüdudlarından kənarda yaşayan soydaşlarımız
arasında azərbaycançılıq ideyalarının və
milli təəssübkeşlik duyğularının
günü-gündən güclənməsi olduqca fərəhləndirici
haldır. İndi xaricdəki həmvətənlərimiz
məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni
və işgüzar həyatında getdikcə öz mövqelərini
genişləndirir, Azərbaycanın dünyada
tanıdılmasına, mədəniyyətimizin təbliğinə
sanballı töhfələr verirlər".
Ötən ildə respublikamız bütün sahələrdə
böyük uğurlar əldə etmiş, iqtisadi inkişaf
dinamikasına görə dünyanın aparıcı dövlətlərindən
birinə çevrilmiş, beynəlxalq nüfuzu yüksəlmiş,
elmdə, təhsildə, idmanda, mədəniyyətdə
möhtəşəm nailiyyətlərə imza
atmışdır. Şübhəsiz ki,
bütün bunlar hər bir azərbaycanlının
şüurunda vətəni ilə bağlı qürur hissi
doğurur.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə
bütün xalqımızı və dünya azərbaycanlılarını
bir daha ürəkdən təbrik edir,
cansağlığı və səadət arzulayıram.
Səməd
SEYİDOV,
Azərbaycan
Dillər Universitetinin rektoru,
Milli Məclisin
deputatı, professor
Azərbaycan təhsili ümummilli lider
Heydər Əliyevin "Təhsil sahəsi həyatımızın
ən gərəkli, ən mühüm sahəsidir"
müddəasına əsaslanan islahatlar nəticəsində
və tarixi təcrübə və nailiyyətlər sayəsində
beynəlxalq təhsil sisteminə uğurla inteqrasiya edə
bilmişdir.
Azərbaycanda təhsilin keyfiyyətinin ən
inkişaf etmiş ölkələr səviyyəsinə
yüksəlməsi, dövlətin təhsilə diqqət və
qayğısı bu sahənin dünya səviyyəsinə
çatmasına imkan verib. Ümummilli
lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi,
möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə,
təhsil işçilərinə diqqət və
qayğısı, səmərəli fəaliyyət
üçün yaratdığı əlverişli şərait
və imkanlar ardıcıl və müntəzəm xarakter
daşıyır. Bu gün Azərbaycanda
təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin
inkişafı prioritet sahədir.
Ulu öndərin uzaqgörən siyasi
kursunun mübariz davamçısı olan İlham Əliyevin
"Təhsil Azərbaycanın davamlı inkişaf
strategiyasının ən öncül istiqamətlərindən
biridir" fikri təhsilin dövlət siyasətinin mərkəzi
subyekti olduğunu sübut edir. Respublikamızda
geniş vüsət almış yeni məktəblərin,
uşaq bağçalarının tikintisi, təhsil müəssisələrinin
əsaslı təmiri, onların müasir avadanlıqlarla,
informasiya və kommunikasiya texnologiyaları ilə təchizi,
pedaqoji kadr hazırlığı və digər tədbirlər
milli təhsilimizin düzgün inkişaf etdiyindən xəbər
verir.
Danılmaz faktdır ki, bu gün
qloballaşan dünyada ölkələrin rəqabət
qabiliyyəti, ilk növbədə, onların İKT-dən səmərəli
istifadəsi ilə formalaşır. Müstəqilliyin
şərəfli yolları ilə gələcəyə
doğru inamla irəliləyən ölkəmizdə son illər
ərzində aparılan davamlı islahatlar siyasəti dövlətimizin
əhəmiyyətli dərəcədə güclənməsinə
imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və
xalqımızın rifah halının
yaxşılaşdırılmasını təmin
etmişdir.
Arxada qoyduğumuz il Azərbaycan Dillər
Universiteti üçün də bir çox yaddaqalan hadisələr,
aparılan islahatlar, universitetimizin bütün tədris
korpuslarının təmiri, maddi-texniki bazanın yenilənməsi,
tələbələr üçün müasir
auditoriyaların istifadəyə verilməsi və bir sıra
mühüm əhəmiyyətli işlərlə yadda
qalmışdır. Universitetimiz beynəlxalq əlaqələrini
daha da genişləndirmiş, tədrisin keyfiyyətinin daha da
yüksəldilməsi üçün müvafiq tədbirlər
görülmüş, təlim-tərbiyə işləri
iniversitetdə yuksək səviyyədə qurulmuşdur.
Ümidvaram ki, əldə etdiyimiz
uğurlar yeni ildə də davam etdiriləcək və təhsilimizin
daha da inkişaf etdirilməsi istiqamətində irəliyə
doğru bir addım kimi tariximizdə qalacaqdır.
Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
təbrik edir, hamıya cansağlığı, uzun
ömür, peşə və şəxsi fəaliyyətdə
uğurlar arzulayıram. Sona çatmaqda olan 2013-cü il respublikamız və xalqımız
üçün əlamətdar olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində
ölkəmizin nüfuzu bu il daha da
artmışdır. Prezidentin bütün sahələrə
göstərdiyi diqqət və qayğı, ölkə vətəndaşlarının
sosial rifahını gücləndirmək yolunda göstərdiyi
yorulmaz fəaliyyət ölkəmizi inkişaf etmiş
ölkələr sırasına daxil etmişdir. Nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla
bağlı hesabatlarında ölkəmiz yüksək
mövqelərdə qərar tutmuşdur. Bu
amil hər bir Azərbaycan vətəndaşını
sevindirir.
Dünyada yaşayan bütün azərbaycanlıları,
o cümlədən təhsil ictimaiyyətini bu gözəl bayramlar
- həm Dünya Azərbaycanlılarının Həmrəylik
Günü, həm də Yeni il bayramı münasibətilə
bir daha ürəkdən təbrik edir, hər bir Azərbaycan
ailəsinə cansağlığı, xoşbəxtlik
arzulayıram.
Bəxtiyar
ƏLİYEV,
Milli Məclisin
Elm və təhsil komitəsinin sədr müavini,
BDU-nun
psixologiya kafedrasının müdiri, professor
Ölkəmizin, xalqımızın həyatında dərin
iz qoymuş, bütün sahələrdə
qazanılmış misilsiz nailiyyətlərlə, son illər
həyata keçirilən ağıllı, uzaqgörən
sosial-iqtisadi siyasət nəticəsində əldə
etdiyimiz siyasi sabitlik və stabilliyin, yüksək iqtisadi
inkişaf tempinin davam etməsi ilə səciyyələnən
2013-cü il tarixə qovuşmaqdadır.
Qarşıdan yeni - qloballaşan dünyamızda ölkəmizi
ən inkişaf etmiş dövlətlərin səviyyəsinə
çatdırmaq, təhsilimizin keyfiyyətini daha da yüksəltməklə
bağlı arzularımızın gerçəkləşəcəyini
gözlədiyimiz 2014-cü il gəlir.
Yeni il və müstəqil Azərbaycanımızın ən
önəmli
bayramlarından olan Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibəti ilə
bütün xalqımızı, təhsil ictimaiyyətimizi və
müəllimlərimizi ürəkdən təbrik edirəm.
2013-cü il təhsil tariximizə də
ən şərəfli, taleyüklü hadisələrlə
zəngin bir il kimi düşəcəkdir. Məhz bu ildə
təhsil sistemimizin keyfiyyətcə yeni mərhələyə
yüksəldilməsinin əsası qoyulmuş, bu mərhələyə
keçidi reallaşdıracaq "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" qəbul olunmuş, strategiyanın
qarşıda qoyduğu hədəflərə çatmaq
yollarını müzakirə etmiş Azərbaycan Müəllimlərinin
XIV qurultayı keçirilmişdir.
Təhsil Nazirliyinin yeni rəhbərliyinin fəaliyyəti
nəticəsində qısa müddətdə təhsilimizdə
müsbət dəyişikliklər hiss olunmaqdadır. Son dövrlər Təhsil Nazirliyi tərəfindən
təhsil sistemində şəffaflığın təmin
olunması, müasir idarəetmə modelinin tətbiqi, kadr
potensialının səriştə və kompetensiya
baxımından gücləndirilməsi sahəsində bir
sıra əhəmiyyətli addımlar
atılmışdır ki, bunlar da cəmiyyətimizdə bir əminlik,
ruh yüksəkliyi yaratmışdır. Bu baxımdan, mən
XI siniflərin məzunlarının hamısına attestat
almaq hüququnun verilməsini, müəllimlərin mərkəzləşdirilmiş
qaydada müsabiqə yolu ilə işə qəbulunun daha da təkmilləşdirilməsini,
təhsil ocaqlarında baş verən neqativ hallara
qarşı barışmaz mübarizəni və s. xüsusi
qeyd etmək istərdim. Bütün bunlar cəmiyyətin
pozitiv əhvali-ruhiyyəsini gücləndirir, təhsil sahəsində
çalışanların məsuliyyət hissini
artırır.
Bizim böyük uğurlarımız
vardır. Ali məktəblərə qəbul
üçün şagirdlərimizin hazırlıq səviyyəsi
yüksəlir, dünya fənn olimpiadalarında azərbaycanlı
məktəblilər yüksək yerlər tuturlar.
Əlbəttə, belə uğurlu
faktlara görə biz, ilk növbədə təhsilə, təhsil
işçilərinə böyük diqqət və
qayğı göstərən möhtərəm Prezidentimizə,
eləcə də təhsil siyasətini əməli işləri
ilə reallaşdıran təhsil işçilərinə,
müəllimlərimizə minnətdarıq.
Təhsil sahəsində
başlanmış bütün bu inkişafyönümlü
işlərin yeni ildə daha böyük həvəslə
davam etdirilməsini, Dövlət Strategiyasında nəzərdə
tutulmuş hədəflərin tezliklə əldə
olunmasını arzulayır, bu yolda təhsil işçilərimizə
uğurlar diləyirəm.
Təhsil ictimaiyyətimizi qarşıdan gələn
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibəti ilə
təbrik edir, onların hər birinə yeni ildə möhkəm
cansağlığı, əmin-amanlıq və rifah
arzulayıram.
Əjdər
AĞAYEV,
Azərbaycan
Təhsil Şurasının sədri,pedaqoji
elmlər doktoru,
professor,
əməkdar müəllim
Canımız qədər sevdiyimiz Azərbaycanımız
ildən-ilə inkişaf edir, hər ötən ili uğurlarla başa vururuq, yeni ili
alnıaçıq, üzüağ
qarşılayırıq.
2013-cü ildə Azərbaycanda təhsil
sisteminin yeni keyfiyyət mərhələsinə keçilməsinin
əsası qoyuldu.
Prezident İlham Əliyevin təsdiq etdiyi
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilən
strateji istiqamətlərin və hədəflərin monumental
fəaliyyət proqramının hazırlanması 2014-cü
ilin payına düşür.
Yeni ildə təhsilin sistemli yeniləşməsi
dünyadakı qabaqcıl təcrübəyə inteqrasiya əsasında
milli və bəşəri dəyər standartlarının nəzəri
və təcrübi sintezdə reallaşdırılması
öz həllini tapır.
Yeni ildə insan amili yalnız
intellektuallığı ilə deyil, ləyaqət və
şərəf hissinin bəyanı ilə diqqətdə
dayanmalıdır.
Təhsil sistemini əhatə edən
infrastruktur və məzmun yeniliklərinin keyfiyyət göstəricilərinin
əldə edilməsində geniş ictimaiyyət,
bütün təhsil iştirakçıları,
qeyri-hökumət təşkilatları yeni ildə daha
böyük fəallıq, məqsədyönlülük ifadə
etməlidirlər. Vətəndaş cəmiyyəti
quruculuğunda təhsilin rolunun artması diqqətdə
dayanmalıdır...
Yeni ildə qarşıda tam yeniləşmə
istiqamətində böyük vəzifələr dayanır. Hamımız görüləcək
işlərin önündə getməliyik.
Şəxsim
adından, Azərbaycan Təhsil Şurasının
çoxsaylı üzvləri adından bütün həmkarlarımızı
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və yeni təqvim ili münasibəti ilə təbrik
edir, yeni ildə daha böyük uğurlar
qazanılmasını arzu
edirəm.
Ahmet
SANİÇ,
Qafqaz
Universitetinin rektoru, professor
Ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə
fəaliyyətə başlayıb, möhtərəm
Prezidentimiz İlham Əliyevin daimi diqqət və
qayğısının nəticəsində inkişaf
edən Qafqaz Universitetinin məqsədi gündən-günə inkişaf
edən Azərbaycanımızın təhsilinə xidmət
edərək milli mənəvi dəyərlərə sadiq, vətənpərvər,
texnologiya və innovasiyalara
açıq olan, müasir düşüncəli, rəqabətə
davamlı kadrlar hazırlamaqdır. Dövlətçiliyimizin
çiçəklənməsi naminə 20 ildir ki,
"Etimada sədaqət"
devizi və əməli ilə fəaliyyət göstərən
universitetimiz yola
saldığımız
2013-cü ildə 490 məzun vermiş, 57 nəfər tələbə
xarici ölkə universitetlərində mübadilə
proqramlarında təhsil almağa göndərilmiş,
856 nəfər bakalavr, 263 nəfər
isə magistr kimi tələbələrimizin sırasına
qoşulmuş, "Texnopark" və laboratoriyalar binası
tamamlanmış, yeni avadanlıq və qurğularla təchiz
edilmiş, 11 laboratoriyadan ibarət müasir "Mexanika
laborotoriyası kompleksi" istifadəyə verilmişdir.
Bir təhsil müəssisəsi
olaraq hiss edirik ki, yaxşı
işləməyimiz, yüksək nəticələr əldə
etməyimiz üçün ildən-ilə ölkəmizdə
daha münbit təhsil şəraiti yaradılır, bu istiqamətdə
mütərəqqi addımlar atılır. Bu ilin oktyabr ayının 24-də
möhtərəm Prezidentimizin sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası" bunun bariz nümunəsidir.
Akademik biliklərlə yanaşı, praktik bilik və
bacarıqların, səriştənin vacibliyi önə
çəkilən, elmə əsaslanan iqtisadiyyatın
yaradılması, sosial-iqtisadi siyasətin prioritetliyinə söykənən bu
strategiyanın həyata keçirilməsi hər bir təhsil
müəssisəsi kimi bizim də ən başlıca məqsədimizdir.
Düşünürəm ki, bu ildən etibarən
SOCAR-la birlikdə Beynəlxalq Təhsil Mərkəzinin təsis
edilməsi qarşımızda duran vəzifələrin
öhdəsindən layiqincə gəlməyə geniş
imkanlar yaradacaqdır. Elə bu düşüncələrlə
də 2013-cü ili yola salır, 2014-cü
ili inamla qarşılayırıq. Tam əminliklə deyə
bilərəm ki, möhtərəm Prezidentimiz İlham
Əliyevin apardığı məqsədyönlü siyasətin
nəticəsində yeni - 2014-cü ilimiz də xeyirli və uğurlu olacaq,
Azərbaycan xalqına yeni-yeni nailiyyətlər gətirəcəkdir.
Elə bu inamla da kollektivimiz adından Azərbaycan
xalqını Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və
Yeni, 2014-cü il münasibəti ilə təbrik edir, xoşbəxtlik
arzulayıram.
Azərbaycan müəllimi.-
2013.- 27 dekabr.- S.4.