Tələbələr
və yaradıcı gənclər əsgərlərin qonağı oldular
Gənclər və İdman Nazirliyi tərəfindən
orduda xidmət edən gənclərin asudə vaxtının
təşkili, onların mənəvi-psixoloji və fiziki
hazırlığının yüksəldilməsi məqsədi
ilə hərbi hissələrdə ali və orta ixtisas təhsili
müəssisələrinin tələbələri və
yaradıcı gənclərinin iştirakı ilə mütəmadi
olaraq görüşlər keçirilir.
Növbəti belə görüşlərdən
biri də yanvarın 29-da bir qrup ali və orta ixtisas təhsili
müəssisələrinin tələbələrindən,
yaradıcı gənclərdən ibarət heyətin
iştirakı ilə 2 fevral - Azərbaycan gəncləri
günü münasibəti ilə
Goranboy rayonu ərazisində yerləşən "N"
saylı hərbi hissədə
keçirildi.
Tədbirin keçirilməsində əsas
məqsəd cəbhə bölgəsində xidmət edən
gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə
və asudə vaxtlarının səmərəli təşkilinə
kömək etmək idi.
Görüş zamanı hərbi hissədə
xidmət edən əsgər və zabit heyəti
qarşısında yaradıcı və istedadlı tələbələrin
iştirakı ilə konsert proqramı təşkil edilib, hərbi
xidmətdə fərqlənən bir qrup gizir və əsgərə
Gənclər və İdman Nazirliyinin diplom və xatirə hədiyyələri
verilib.
Tədbirdə Gənclər və
İdman Nazirliyinin sektor müdiri E.Hüseynov, Goranboy Rayon
İcra Hakimiyyəti başçısının müavini
E.İsmayılov, "N" saylı hərbi hissənin
komandiri Q.Abbasov, Goranboy Rayon Gənclər və İdman
İdarəsinin rəisi E.Həsənov, habelə respublikada fəaliyyət
göstərən ali və orta ixtisas təhsili müəssisələrinin
bir qrup fəal tələbəsi də iştirak ediblər.
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.- S.3.