DİA-da kursu bitirənlərə sertifikatlar təqdim olunub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  rəhbər kadrların ixtisasının artırılması fakültəsində "Azərbaycan Respublikasında ailə, qadın uşaq" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu təşkil olunmuşdur.  Kursa dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon qurumlarının,  müvafiq nazirliklərin, komitələrin idarələrin rəhbər işçiləri cəlb olunmuşlar.

 

Kursun əsas məqsədi Azərbaycan Respublikasında dövlət ailə, qadın uşaq siyasəti, qadınların qərar qəbul etməkdə iştirakı, yaradıcı istedadlı uşaqlara dövlət qayğısı, islamda ailə nikah məsələlərinə yanaşma s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması onlarla fikir mübadiləsinin aparılmasından ibarət olmuşdur.

Kurs müddətində Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri Sədaqət Qəhrəmanova Aynur Sofiyeva, komitənin regional mərkəzlərlə şöbəsinin müdiri Ceyran Rəhmətullayeva hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova, Mədəniyyət Turizm Nazirliyinin elm təhsil şöbəsinin müdiri Yaşar Əliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi İsmayıl Abdullayev, Ədliyyə Nazirliyinin insan hüquqları ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Gənclər İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği sosial proqramlar sektorunun müdiri Nərmin Bağırova, Təhsil Nazirliyinin De-İnstitutlaşma Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Telman Məmmədov, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bölmə rəisi Tahir Aslanov, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Rəna Abdullayeva, Turizm İnstitutunun elmi işlər üzrə prorektoru Eldar Aslanov, ARDNŞ-ın "Nanotexnoloqiyalar" Departamentinin rəisi, professor Eldar Şahbazov müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

Eyni zamanda  iştirakçılar üçün mədəni-maarifləndirici ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı dinləyicilər Şüvəlan Uşaq Ailələrə Dəstək Mərkəzini ziyarət etmişlər.

Sonra  kurs üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. DİA-nın rektoru, akademik Urxan Ələkbərov  kursu müvəffəqiyyətlə bitirdiklərinə görə dinləyicilərə sertifikatlar təqdim etmişdir.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2013.- 8 fevral.- S.2.