Gənc cüdoçunun uğurları

 

Qurbanlı Ayşə Ələddin qızı 1993-cü ildə Bakıda müəllim ailəsində anadan olub. Uşaqlıqdan idmana böyük həvəsi olan Ayşə valideynlərinin dəstəyi ilə 2005-ci ildə  idmanın cüdo bölməsinə yazılıb.  Təcrübəli  müəllimlərindən cüdo idman növünün sirlərini öyrənən Ayşə  2006-cı ildə  ilk uğuruna imza atıb.

Belə ki, A.Qurbanova "Bakı open" Bakı çempionatında rəqiblərinə qalib gələrək I yerə çıxıb. 2007-ci ildə isə yeniyetmələr arasında   Azərbaycan çempionu olub.  Həmin ildə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş ölkədaxili turnirdə II yeri tutub. 2008 və 2009-cu illərdə  Ayşə böyüklər  arasında keçirilən Azərbaycan çempionatlarında əsas mükafata sahib çıxıb. O,  milli yığma komandanın üzvüdür.  2009-cu ildə Türkiyənin  Antalya şəhərində keçirilən Avropa kuboku yarışlarında III,  dünya çempionatında isə  V yerləri tutub. Ayşə Qurbanova hazırda dünyaAvropa çempionatlarına  ciddi hazırlaşır. Ona çətin və şərəfli yarışlarda uğurlar arzulayırıq. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 8 fevral.- S.7.