Uşaq-gənclər idmanşahmat məktəblərinin yetirmələri beynəlxalq və ölkə səviyyəli yarışlarda 654 medal qazanıblar

  

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin yetirmələri 2012-ci ildə respublika yarışlarında, Avropa və dünya çempionatlarında, digər beynəlxalq turnirlərdə iştirak edərək yüksək nəticələr qazanmışlar.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimovdan aldığımız məlumatda bildirilir  ki, ötən il məktəblilər ümumilikdə 654 medala sahib olmuşlar. Bu medalların 274-ü qızıl, 189-u gümüş, 191-i bürüncdür.

Respublika birincilik, çempionat və kubok yarışlarında müxtəlif idman növləri üzrə qazanılmış 557 medalın 219-u qızıl, 172-si gümüş, 166-sı bürünc, beynəlxalq yarışlarda əldə olunmuş 97 medalın isə 55-i qızıl, 17-si gümüş, 25-i isə bürüncdür.

 

 

Azərbaycan müəllimi.- 2013.- 8 fevral.- S.7.