Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illik
yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas
təhsili müəssisələrinin şagird və tələbələri
arasında gənc ifaçıların II respublika müsabiqəsinin
keçirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Mədəni
irsimizin qorunub
saxlanılmasında, inkişaf etdirilməsində,
onun geniş təbliğində,
dünya miqyasında şöhrət
tapmasında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin çox
böyük və əvəzsiz xidmətləri
olmuşdur. Ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümü münasibətilə
ümumtəhsil və orta ixtisas
təhsili müəssisələrinin şagird
və tələbələrinin musiqi sahəsindəki
istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ümummilli lider
Heydər Əliyevin anadan olmasının
90 illik yubileyi
münasibətilə ümumtəhsil və orta
ixtisas təhsili müəssisələrinin
şagird və tələbələri
arasında gənc ifaçıların II respublika
müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi,
təşkilat komitəsinin və münsiflər heyətinin tərkibləri
təsdiq olunsun (əlavə 1, 2).
3. Zona
və Respublika mərhələsində
qaliblərin seçilməsi Bülbül
adına Orta İxtisas
Musiqi Məktəbi tərəfindən həyata
keçirilsin.
4. Naxçıvan
MR təhsil naziri, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin, rayon,
şəhər təhsil şöbələrinin, idarələrinin
müdirləri, orta ixtisas
təhsili müəssisələrinin rəhbərləri
müsabiqənin yerli və zona mərhələsinin əsasnaməyə uyğun olaraq yüksək
səviyyədə təşkili və keçirilməsini
təmin etsinlər.
5. Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş
şöbəsi (A.İbrahimov) müsabiqənin
təşkili və yüksək səviyyədə
keçirilməsi ilə bağlı lazımi təşkilati
işləri həyata keçirsin.
6. Müsabiqənin
Respublika mərhələsinin
keçirilməsi ilə bağlı xərclərin ödənilməsi
Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin
2013-cü ilə təsdiq olunmuş xərclər
smetasının müvafiq xərc maddələrində
nəzərdə tutulmuş vəsait
hesabına müəyyən edilmiş
qaydada həyata keçirilsin.
7. İqtisadiyyat
şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika mərhələsinin keçirilməsi
ilə bağlı xərclərin ödənilməsi məqsədilə
Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin
2013-cü ilə təsdiq olunmuş xərclər
smetasında müvafiq vəsaitin nəzərdə
tutulmasını təmin
etsin.
8. Müsabiqənin zona və Respublika mərhələlərinin
seçim turlarında və qaliblərin yekun konsertində iştirak
edəcək iştirakçılar və onları
müşayiət edəcək şəxslərin ezamiyyə
xərcləri əsas iş yerləri
hesabına ödənilsin.
9. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və
əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini
təmin etsin.
10. Ümumi
şöbə (X.Fərəcov) əmr və əsasnamənin
çoxaldılıb yerlərə göndərilməsini təmin
etsin.
11. Əmrin icrasına nəzarət
nazir müavini Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 fevral 2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 15 fevral.- S.2.