Sumqayıt Dövlət Universiteti ilə ABŞ universiteti arasında təcrübə mübadiləsinə başlanılıb

 

Sumqayıt Dövlət Universiteti (SDU) ilə ABŞ-ın Yuta ştatının Yuta Valli Universiteti arasında təcrübə mübadiləsinə başlanılıb.

 

Belə ki, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanovun təşəbbüsü ilə ABŞ-ın Yuta ştatının Yuta Valli Universitetinin tədris işləri üzrə prorektoru, professor Loretta Palmer SDU-nun professor-müəllim heyətinə mühazirə və seminarlar keçmək üçün dəvət edilib.   Təcrübə mübadiləsi ABŞ Dövlət Departamentinin "Fulbrayt" proqramı çərçivəsində reallaşdırılır. İki həftə ərzində davam edəcək təlim proqramında "Təhsilin qiymətləndirilməsi" mövzusunda silsilə xarakterli 6 mühazirə və seminar təşkil ediləcək.

Təlimlərin ilk günündəki çıxışı zamanı professor L.Palmer bildirib ki, mühazirə və seminarların məqsədi yeni təcrübələrin tətbiqinə yardım etmək, qarşılıqlı olaraq təcrübə mübadiləsini genişləndirməkdir.  

 

 

Azərbaycan müəllimi.- 2013.- 15 fevral.- S.3.