Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2013-cü il tarixli 21 nömrəli qərarının icrası haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 11 fevral tarixli 21 nömrəli qərarını elan edirəm:

 

«AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 

QƏRAR

¹ 21

Bakı şəhəri, 11 fevral 2013-cü il

 

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  

 

QƏRARA  ALIR:

 

1. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin  həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2014-cü il yanvarın 1-dək uzadılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

4.  Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir. 

           

Artur Rasi-zadə»

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2013-cü il tarixli 21 nömrəli qərarı rəhbərlik icra üçün qəbul edilsin.

2. Rayon (şəhər) təhsil idarə şöbələrinin, Nazirliyin tabeliyində olan tədris müəssisə, idarə təşkilatların rəhbərlərinə tapşırılsın:

2.1. özlərindən asılı olmayan səbəblərə görə işləməyən, lakin orta aylıq əməkhaqqı alan məcburi köçkünlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş adlı siyahılarının qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsinlər;

2.2. təhsil müəssisələrinin fəaliyyət göstərdiyi ərazilərə yaxın yerlərdə məskunlaşmış işləməyən məcburi köçkünlərin boş (vakant) yerlərinə işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini görülmüş işlər barədə hesabatın rübdə bir dəfə Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

3. Strateji təhlil, planlaşdırma kadrların idarəolunması şöbəsinə (F.Qədirov) Kənd rayonları üzrə ümumi təhsil şöbəsinə (A.Əhmədov) tapşırılsın:

3.1. Rayon (şəhər) təhsil idarə şöbələri, Nazirliyin tabeliyində olan tədris müəssisə, idarə təşkilatları tərəfindən işləməyən məcburi köçkünlərin boş (vakant) yerlərinə işə qəbulu ilə bağlı həyata keçirilən tədbirlər barədə hesabatın rübdə bir dəfə Təhsil Nazirliyinə təqdim olunmasına nəzarət etsinlər.

3.2. Rayon (şəhər) təhsil idarə şöbələri, Nazirliyin tabeliyində olan tədris müəssisə, idarə təşkilatlar tərəfindən təqdim olunmuş məlumatlara əsasən təhsil müəssisələrində müvafiq boş (vakant) yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı görülmüş işlər barədə hesabatın rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsinlər.

4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) Nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş xərclərdən maliyyələşən təhsil müəssisələrində çalışmış özlərindən asılı olmayaraq yerindən məhrum olmuş məcburi köçkünlərə Nazirlər Kabinetinin göstərilən qərarının 1-ci bəndinə əsasən 2014-cü il yanvarın 1-dək orta aylıq əməkhaqqının ödənilməsini təmin etsin.

5. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılaraq rayon (şəhər) təhsil idarə, şöbələrinə təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin Nazirliyin internet saytında yerləşdirilməsini, “Azərbaycan müəllimiqəzetində Təhsil xəbərləriməcmuəsində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

15 fevral 2013-cü il

 

Azərbaycan müəllimi.- 2013.- 22 fevral.- S.2.