Məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

  

Məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə                                           

 

ƏMR EDİRƏM:

 

1. Məktəblilərin fənn olimpiadalarının yekun turu 17-18 mart 2013-cü il tarixdə Bakı şəhərində keçirilsin.

2.  Olimpiadaların yekun turunun iştirakçıları 17 mart  2013-cü il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər:

- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə nazirlik nəzdindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında - F.Yusifov küçəsi, 39, tel: 567-22-17

- riyaziyyat, fizika və informatika fənləri üzrə nazirlik nəzdindəki fizika-riyaziyyat və informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci məhəllə, tel: 510-76-28

- kimya və biologiya fənləri üzrə nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə - 8-ci Kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel: 323-78-42.

3.  Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 18 mart 2013-cü il tarixdə keçirilsin.

4.  İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 10 gün  müddətinə təsdiqə təqdim etsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

6.  Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

15 fevral 2013-cü il

 

Azərbaycan müəllimi.- 2013.- 22 fevral.- S.2.