"Oğul, bu Qurana
and iç ki..."
Bu dünyada
elə insanlar var ki, ömrü
yaşadığı illərlə
hesablanır. İnsanlar
da var ki,
nə qədər, neçə il
yaşamağının fərqinə
varılmadan gördüyü
işlər, unudulmaz,
əvəzsiz əməlləri,
yazıb yaratdıqları
əsərləri, təmənnasız
yaxşılıqları ilə
həmişə diqqət
mərkəzində olur.
Məncə bunun özü
də böyük bir xoşbəxtlikdir.
Belə bir xoşbəxtliyi qazanmaq isə heç də hamıya nəsib olmur. Haqqında söz açacağım
Ələşrəf Niftiyev
məhz belə xoşbəxtliyi zəhməti,
dözümü, iradəsi,
ən əsası isə bacarığı,
istedadı və insanlığı ilə
əldə edib.
Bu günlərdə Ələşrəf müəllimin
gərgin əməyinin,
yuxusuz gecələrinin
məhsulu olan "Oğul, bu Qurana
and iç ki..." kitabını birnəfəsə
oxudum. Sanki onu
yenidən kəşf
etdim. Düşündüm ki, demək
insan ömrü ilə həyatı keşməkeşli vəhdət
təşkil etməsə,
bəlkə də həyat maraqsız olar. Amma yaradıcı insanların
həyatı bu keşməkeşlər içərisində
göyərir, bitir və həmişəyaşıl
bir ömrə çevrilir.
Ələşrəf Niftiyev də özünün yaradıcılığı ilə
ürəklərdə yaşayan,
ömür yollarında
həmişəyaşıl iz qoyan şəxsiyyətlərdəndir.
İnsanpərvərliyi, haqq-ədalət uğrunda mübarizə aparan həssas insani keyfiyyətləri ilə seçilən böyük bir ürək sahibi kimi yadda qalır.
Bir Quran ayəsində
isə deyilir: "Dünyaya göz açan əməlisalehləri
əbədi xoşbəxtliyə
aparan bir işıq var. Bu işıq
Allah nurundan yaranmışdır.
Allah istədiyi adamı öz işığına yönəldir".
Bəli,
haqqında oxuculara söhbət açmaq istədiyimiz "Oğul,
bu Qurana and iç ki..."
povesti III dərəcəli "Vətənə
xidmətə görə" ordenli,
dövlət qulluğu təqaüdçüsü
və əmək veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ələşrəf
Niftiyevin ikinci
kitabıdır.
Onun "Ömür yolu nur yolu"
adlı birinci kitabı haqqında da 2010-cu ildə yazı yazmışdım. Hələ
o vaxt Ələşrəf
müəllimin keçdiyi mənalı həyat
yolu barədə ətraflı öyrənmişdim.
O, 1945-ci ildə Masallı şəhərində
dünyaya göz
açıb, 1961-ci ildə N.Nərimanov adına Masallı
şəhər 2 nömrəli orta məktəbini,
1963-cü ildə Lənkəran Pedaqoji Texnikumunu, 1970-ci ildə isə M.F.Axundov
adına Xarici Dillər İnstitutunun
rus dili fakültəsini
bitirib. Ələşrəf müəllim
müxtəlif məktəblərdə müəllim işləyib,
metodist və ali
kateqoriyalı müəllim, maarif əlaçısı,
digər təltiflərə də layiq görülüb. Sonradan
isə uzun illər müxtəlif məsul
vəzifələrdə çalışıb.
Ə.Niftiyevin araya-ərsəyə gətirdiyi,
"Elm və təhsil" nəşriyyatı
tərəfindən işıq üzü
görmüş, 100 səhifəlik "Oğul, bu Qurana
and iç ki..." povestində baş
qəhrəmanın çətin uşaqlıq illəri geniş yer alır. Yeniyetməlik və gənclik dövründə öz zəhməti ilə qazandığı
uğurları gözü götürməyən
və ona xəyanətkar və
riyakarların bəd əməlləri xeyirxahlıqla tənqid
olunur. Əsərdə uzun
əzab-əziyyətlərdən, məşəqqətlərdən
sonra bəraət almış, hüquqları
bərpa olmuş gənc bir
ziyalının taleyindən söhbət açılır, mehriban, səmimi, xeyirxah və
mərhəmətli insanlar
xatırlanır.
Onu da qeyd edək ki, əsər
əyalət rayonlarından birində baş
vermiş konkret bir hadisədən bəhs edir.
Ələşrəf
müəllimin sanki, özünün
keçdiyi həyat yolundan
bəhs edən bu bədii əsər oxucular tərəfindən böyük
maraqla qarşılanıb.
Ömrünün 68-ci
baharını yaşayan,
yazıb-yaratmaqdan doymayan, fikir
və düşüncələrini əsərlərə
çevirən Ələşrəf Nuru oğluna yeni-yeni
yaradıcılıq uğurları arzulayır və
inanırıq ki, o, hələ
neçə-neçə belə dəyərli əsərlər
yazacaq.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.7.