İnternetdən
faydalı istifadə etmək lazımdır
Müasir
dövrdə müstəqil Azərbaycan öz
tarixinin hərtərəfli
inkişafı dövrünü keçirir. Bütün bunlar ulu öndərimiz
Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf
strategiyasının nəticəsidir. Bu strategiya hörmətli Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Ölkəmizdə
elm, təhsil sahələrinin də
inkişafına xüsusi əhəmiyyət
verilir, neft
kapitalının insan kapitalına
çevrilməsi sahəsində qlobal
işlər həyata keçirilir, yeni uşaq
bağçaları, məktəblər tikilir,
ən müasir avadanlıq və cihazlarla təchiz edilir. İKT-nin
bütün son nailiyyətləri
təhsilə tətbiq edilir, yeni elm və təhsil
layihələri həyata keçirilir. Bütün bunlar müasir Azərbaycan
təhsilinin qarşısında yeni
perspektivlər açır, təhsil işçilərindən
gənclərin tərbiyəsində daha
diqqətli və məsuliyyətli olmağı, ailə və
ictimaiyyətlə daha sıx əlaqəli
işləməyi tələb edir.
Həmişə
olduğu kimi, müasir dövrdə də gənclərin tərbiyəsi
dövlət və cəmiyyət qarşısında duran mühüm və əsas
vəzifələrdəndir. Çünki
Vətənin, torpağın, ölkənin gələcəyi,
inkişafı, gənclərdən asılıdır. Ona
görə də gənclərin tərbiyəsində, gələcəyimizin
etibarlı olmasında dövlətin qayğısı ilə
məktəb, ailə və ictimaiyyətin birgə işi aparıcı rol
oynamalıdır. Dünya ölkələri ilə əlaqələrin genişlənməsi,
elmi-texniki inkişafın yüksək səviyyəsi,
sosial şəbəkələrin daha da təkmilləşməsi,
müasirləşməsi və mürəkkəbləşməsi
şəraitində bəzən "pedaqoji
üçbucaq" adlandırılan bu "mexanizm" çox dəqiq və incə pedaqoji ustalıqla fəaliyyət göstərməlidir.
Yeniyetmə
günün çox
hissəsini evdə keçirir, adı məişət
məsələlərinin iştirakçısı olur, qohumlarla, valideynlərlə,
onları əhatə edən müxtəlif xarakterli
adamlarla təmasda olur.
Bu isə insan tərbiyəsinin
formalaşmasında mühüm rol oynayır. Ona görə
də valideynlərin pedaqoji maariflənməsi çox vacibdir. Bu məsələdə məktəb və müəllimlər
mümkün olan bütün yollarla ailə
ilə əlaqə saxlamalı, şagirdin
təhsil və psixoloji vəziyyətindəki
dəyişikliklərə diqqətli və həssas
olmalı, onlarla dərhal maraqlanmalı,
eləcə də valideynlər belə hallara
mütləq reaksiya verməlidirlər.
Tərbiyədə
üçüncü tərəf cəmiyyət,
küçə, məhəllə, həmin ərazidə
yerləşən müxtəlif əyləncə mərkəzləri,
ictimai yerlərdir. Belə yerləri şərti
olaraq iki hissəyə
ayırmaq olar:
1.
Dövlət tərəfindən yaradılmış, həm
tərbiyəedici, həm təhsil verən, peşəyönümlü
uşaq yaradıcılıq birlikləri,
müxtəlif dərnəklər, idman və
sağlamlıq mərkəzləri.
2. Biznes xarakterli, qazanc məqsədi ilə yaradılmış
əyləncə mərkəzləri. Belə mərkəzlərin
fəaliyyəti bəzən mənfi xarakterli
olduğundan yeniyetmələrin belə
yerlərə cəlb olunmasına imkan
vermək olmaz.
Məktəb,
ailə və ictimaiyyətin birgə fəaliyyəti
haqqında çox deyilmiş,
çox yazılmışdır. Buna baxmayaraq müasir dövrdə həmin əlaqələrin
güclənməsinə daha çox ehtiyac duyulur. Bu, hər şeydən əvvəl, kompüterin,
İnternetin, sosial
şəbəkələrin məktəbə, ailəyə,
cəmiyyətin bütün sahələrinə
daxil olması ilə bağlıdır. İnternet bu gün "pedaqoji
üçbucağın" hər bucağındadır, yaxud "pedaqoji
üçbucağın" dördüncü
bucağına çevrilib.
Onu qeyd
edək ki, kompüter,
İnternet, sosial
şəbəkələr dünya
sivilizasiyasının çox yüksək
pilləsidir. Kompüterin
yaratdığı imkanlardan istifadə, ondan yararlanmaq, istifadə
qaydaları və məqsədindən asılı olaraq çoxlu mənfi və
müsbət cəhətlər doğurur.
Kompüterin ən yaxşı xüsusiyyətlərindən
biri zamanla
bağlıdır. Çox qısa zaman kəsiyində istənilən elmi, tarixi, mədəni, təhsillə
bağlı məlumatı almaq mümkündür.
Məkanla
bağlılıq da kompüterin
ən müsbət və əvəzedilməz cəhətlərindən
biridir. Heç bir yerə getmədən, çox vaxt itirmədən,
heç bir xərc
çəkmədən dünya
xalqlarının həyatı, məişəti, mədəniyyəti
ilə müxtəlif dünya ölkələrinin
kitabxanalarında istənilən kitabla
tanış olmaq mümkündür.
Bilik mənbəyi kimi İnternetin əhəmiyyəti
çox olsa da o, kitabı əvəz edə bilməz. Çünki İnternetdə
yerləşdirilmiş materiallarda müxtəlif
bilik səviyyəsinə malik,
diletant adamların elm
tərəfindən təsdiq olunmamış, qəbul edilməmiş,
şəxsi versiyalarla zəngin olan yanlış elmi fikirlərinə
də çox rast gəlmək olur. Bütün bunlar isə bilik qazanmaq istəyən, tərbiyəyə
ehtiyacı olan yeniyetmədə
çaşqınlıq yaradır.
İnternetdən
istifadənin yeniyetmələrin psixoloji vəziyyətinə
həm mənfi, həm də müsbət təsiri vardır.
Özünü kompleksli
hesab edən, böyüklərlə,
yaşıdları ilə ünsiyyətə girməyi bacarmayan, hansısa istedadının
olmasına inanmayan gənc İnternet
vasitəsi ilə tanımadığı adamla söhbət zamanı
özünə inanır, özündə olan
müsbət cəhətləri aşkar
edə bilir.
Psixoloji cəhətdən İnternetin mənfi təsiri ondan
ibarətdir ki, kompüterə aludəçilik
yaranır, insanlar real
həyatdan uzaqlaşır, heç bir faktiki əməklə
məşğul ola bilmir.
Həmişə özünü sosial şəbəkələrin mənfi psixoloji və texniki təsiri
altında hiss edir.
Kompüterdən
çox istifadə, İnternetə və
sosial şəbəkələrə aludəçilik
insanlarda, xüsusilə yeniyetmə və
gənclərdə güclü sosioloji problemlər yaradır, ailədə
müxtəlif söz-söhbətlərə səbəb olur, normal işlə məşğul
olmaq mümkünsüzləşir, maddi çətinliklər yaranır, ailələrin
dağılmasına səbəb olur, gənclərin
tərbiyəsinə sağalmaz yaralar vurur.
Kompüter qarşısında çox oturmaq, İnternetden həddən artıq istifadə
mənfi izləri ən çox yeniyetmələrin
fiziki inkişafında buraxır,
onların normal fiziki
inkişafına ağır zərbə vurur.
Düzgün olmayan qidalanma, hərəkətsizlik artıq çəkiyə
səbəb olur, müxtəlif xəstəliklər
əmələ gəlir. Müəyyən vaxtdan
sonra bel, boyun, baş
ağrıları, gözlərin qızarması, görmənin
bulanıqlaşması hiss olunur.
Virtual dünyanın gənclərin
və yeniyetmələrin tərbiyəsinə daha
güclü mənfi təsiri onun mənəvi tərəfidir. Hər
şeydən əvvəl nəzərə almaq
lazımdır ki, 12-20 yaşlı yeniyetmə
gənclər əxlaqsız elementləri olan
görüntülərə daha çox meyilli olurlar. Belə görüntülərlə çox əlaqəli olanlar
həm çox ağır psixoloji sarsıntı keçirir,
həm də mənfi bioloji nəticələrə
məruz qalırlar, bəzi hallarda isə
bu onların əxlaqsızlığa yuvarlanması
ilə sona çatır.
Milli xarakterimizə uyğun olmayan,
xalqımızın mənəviyyatına ağır zərbə
vuran, mənbəyi "əsrarəngiz pəncərə"
olan belə hallara
qarşı ciddi mübarizə aparmaq lazımdır. Bunun
üçün, ilk
növbədə aşağıdakılara əməl etmək
faydalı olardı:
- Məktəb-valideyn-ictimaiyyət
birgə fəaliyyətinin gücləndirilməsi, bu birgə işdə bütün
mümkün əlaqə vasitələrindən
istifadə etmək lazımdır.
- Adi orta təhsili olan, heç bir pedaqoji səriştəsi
olmayan valideynlər məktəb tərəfindən
maarifləndirilməli.
- Valideyn kompüter alarkən
məktəbli, yaxud yeniyetmə ilə
açıq söhbət etməli, müəyyən şərtlər
daxilində kompüterdən istifadəyə icazə verməli.
-
Kompüter bütün
ailə üzvlərinin istifadə etdiyi otağa qoyulmalıdır. Çünki
burada valideynlər uşağa
daha çox nəzarət
edə bilər, uşaqlar ailə üzvlərinin
yanında zərərli sosial şəbəkələrdən
istifadə edə bilməzlər.
- İnternet klublarda yeniyetmələrin
məşğuliyyətinə nəzarət edilməli.
- Məktəblərdə
kompüter otaqlarında iş
mütləq müəllim nəzarəti altında
aparılmalı.
- İnternetdən,
sosial şəbəkələrdən
istifadəyə nəzarət olunmalı, müəyyən qadağalar qoyulmalı və inzibati
tədbirlər nəzərdə tutulmalı.
-
Kompüterdən istifadə edənlər sağlamlığa
çox ziyan dəyməməsi
üçün həkim-mütəxəssislə
məsləhətləşməli, istifadə üçün avadanlıqlardan düzgün istifadəyə əməl etməli.
Yuxarıda
göstərilənlərə ciddi əməl
edilməlidir, ulu öndərimiz Heydər
Əliyevin dediyi kimi: "Gənclərimiz doğru yolla getsinlər, həyatda öz
yerlərini düzgün tapa
bilsinlər, həm özləri üçün,
həm onları böyüdən - yetişdirən valideynləri
üçün, həm də cəmiyyət,
xalq üçün,
dövlət üçün faydalı olsunlar".
Bəyzadə NURUYEV,
Bakıdakı 87 nömrəli
tam orta məktəbin
tərbiyə
işləri üzrə direktor müavini
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.10.