"Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri
üzrə Təşkilat Komitəsinin iclası
Fevralın
27-də Təhsil Nazirliyində "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri üzrə
Təşkilat Komitəsinin iclası keçirilib.
İclasda təhsil naziri, "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri üzrə
Təşkilat Komitəsinin sədri Misir Mərdanov təhsil
müəssisələri və pedaqoji işçilər
arasında sağlam rəqabətə, yaradıcı təşəbbüskarlığın
daha geniş inkişafına yol açan bu müsabiqələrin
əhəmiyyətindən bəhs edib və Təşkilat
Komitəsinin işinə uğurlar arzulayıb. Nazir bildirib
ki, ölkə Prezidenti cənab İlham Əliyevin "Ən
yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli sərəncamına
əsasən, artıq altıncı ildir ki, ölkəmizdə
müvafiq müsabiqələr keçirilir.
Təhsil naziri "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin I mərhələsinin
yekunları ilə bağlı təqdimat-məruzəsində
müsabiqələrdə iştirak üçün təqdim
edilmiş sənədlərin ekspertizasının nəticələri
barədə ətraflı məlumat verib.
"Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinə 2012-ci ildə 151 məktəb
tərəfindən sənəd təqdim olunduğunu nəzərə
çatdıran nazir 2013-cü ildə müsabiqədə
iştirak üçün respublikanın ayrı-ayrı rayon
və şəhərlərindən 132 məktəbin
müraciət etdiyini bildirib. Misir Mərdanov müsabiqədə
iştirak üçün sənəd verən 132 məktəbdən
21-nin 2007-2008-ci dərs ilində, 2-nin isə 2008-2009-cu dərs
ilində "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olduğunu vurğulayıb.
Müsabiqədə iştirak etmək
istəyən ümumtəhsil müəssisələrindən
103 məktəbin müvafiq bal toplayaraq II mərhələyə
buraxıldığını bildirən Misir Mərdanov
onların ayrı-ayrı rayon və şəhərlər
üzrə bölgüsünə diqqət çəkib.
Nazir, həmçinin "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsi üzrə məktəb
direktorlarının təqdimat mərhələsinin martın
1-dən başlanmasının nəzərdə tutulduğunu
söyləyib.
Təhsil naziri "Ən yaxşı
müəllim" müsabiqəsinə 2012-ci ildə 464, bu
il isə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan
477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi
barədə məlumat verib. Misir Mərdanov bildirib ki,
müsabiqədə iştirak üçün sənəd
verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olmuş müəllimlərdir.
İştirakçıların
sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32
nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər)
müəllimlərinin üstünlük təşkil etdiyini
nəzərə çatdıran təhsil naziri müsabiqədə
iştirak edəcək digər müəllimlərin də fənlər
üzrə təsnifatına diqqət çəkib. Nazir
ekspertizanın nəticələrinə görə sənədləri
qəbul olunmuş 477 müəllimdən müvafiq bal
toplamış 201 nəfərin II mərhələyə
buraxıldığını qeyd edərək müsabiqədə
iştirak üçün sənəd verən müəllimlərin
rayon və şəhərlər üzrə
bölgüsündən söhbət açıb.
Misir Mərdanov "Ən yaxşı
müəllim" müsabiqəsi
iştirakçılarının nümunə dərslərinin
təşkil olunacağı məktəblərin
adlarını sadalayıb və II mərhələyə
martın 11-dən başlanmasının nəzərdə
tutulduğunu qeyd edib. Nümunə dərslərini qiymətləndirən
ekspert komissiyalarının fəaliyyətinin daha səmərəli
təşkili ilə bağlı tövsiyələrini verən
nazir müvafiq ekspertlərlə və həmin dərslərin
təşkil olunacağı məktəblərin
direktorları ilə təlimat xarakterli ayrıca
görüşlərin keçiriləcəyini bildirib.
Sonra "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin keçirilməsi ilə bağlı
bir sıra digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, müvafiq təkliflər
səsləndirilib.
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.2.