Akademik İsa Həbibbəylinin məqaləsi Kimçonq Universitetinin "Elmi əsərlər" jurnalında çap olunub

  

Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında elm, təhsil yeni texnologiyanın tətbiqi istiqamətində geniş əlaqələr mövcuddur. Bu günlərdə Kimçonq Universitetinin "Elmi əsərlər" jurnalı 2012-ci ildə çıxan 33-cü sayında Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin "Azərbaycan-Cənubi Koreya əlaqələrində Naxçıvan" mövzusunda məqaləsini çap etməklə universitetlərarası əlaqələrin salnaməsinə daha bir səhifə əlavə etmişdir. Məqalədə Cənubi Koreya ilə Naxçıvan Muxtar Respublikasının rabitə, informasiya texnologiyaları, elm ali təhsil sahəsindəki çoxcəhətli əlaqələrindən sistemli  şəkildə bəhs olunur.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2013.- 1 mart.- S.11.