276 nömrəli
məktəbdə Beynəlxalq Mülki Müdafiə Günü qeyd
edildi
Martın
1-də paytaxtın Binəqədi rayonunda yerləşən
276 nömrəli tam orta məktəbdə Beynəlxalq
Mülki Müdafiə gününə həsr olunmuş tədbir
keçirildi.
Tədbirdə
məktəbin müəllim-şagird kollektivi
ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsal İsmayılov, Binəqədi rayon Fövqəladə Hallar
və Mülki Müdafiə şöbəsinin
rəisi, mayor Musa Məhərrəmov
və digər şəxslər iştirak
edirdilər.
Öncə iştirakçılar mülki
müdafiə gününə həsr olunmuş
"açıq dərs"lərdə oldular
və şagirdlər zəlzələlər, torpaq
sürüşmələri, qaz
partlamaları, vulkanlar, yanğınlar və
s. mövzularda
qısa məlumat verdilər. Sonra məktəbin
foyesində süni yanğın səhnəsi
təşkil olundu və həyəcan
siqnalı verildi. Növbətçi
müəllimlərin köməyi ilə şagirdlər hər
iki arxa qapıdan məktəbin
həyətinə köçürüldü.
Post, manqalar və siniflər öz yerini tutdu. Hərbi rəhbər raport verdi. Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəhram Şiriyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma
tarixindən danışdı.
Bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı
Baş Məclisinin qərarı ilə 1972-ci
ildən etibarən hər il
1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya
Mülki Müdafiə
günü" kimi qeyd edilir. Bu
nüfuzlu beynəlxalq
qurum ən mürəkkəb fövqəladə
hallar baş verdikdə əhatə etdiyi ölkələrə
yardım göstərir,
həmin ölkələrdə
mühafizə xidmətini
inkişaf etdirir, möhkəmləndirir və
əlaqələndirir. Azərbaycan Respublikası
bu təşkilatın
üzvlüyünə qəbul
edildiyi üçün
hər il
onun keçirdiyi bütün tədbirlərdə
fəal iştirak edir.
B.Şiriyev qeyd etdi
ki, Beynəlxalq Mülki Müdafiə gününün keçirilməsində
məqsəd ictimaiyyətin
diqqətini bu təşkilatın gördüyü
işin vacibliyinə və həyati əhəmiyyətinə cəlb
etmək, eləcə
də fəlakətlərin
qarşısının alınması
və nəticələrinin
aradan qaldırılması
üçün məsuliyyət
daşıyan əməkdaşların
çətin işini
və fədakarlığını
lazımınca qiymətləndirməkdir.
Son illər respublikamızda
bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən əsaslı
işlər görüldüyünü
diqqətə çatdıran
B.Şiriyev bildirdi ki, respublikanın hər yerində olduğu kimi, Binəqədi rayonunda da təbii fəlakətlərin
və fövqəladə
hadisələrin qarşısını
almaq və ya bu kimi
hallarda xilasetmə işinin təşkili, qısa müddət ərzində xilasetmə qüvvə və vasitələrin hazırlığının
təmin edilməsi və s. haqqında maarifləndirmə tədbirləri
görülür. Respublikamızda xilasetmə işlərində
ən müasir texnika və avadanlıqlardan istifadə
edildiyini bildirən B.Şiriyev dövlət tərəfindən həyata
keçirilən bu tədbirlərin əhalinin
etibarlı mühafizəsinin
təmin olunmasına xidmət etdiyini bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
müavini Vüsal İsmayılov çıxış
edərək tədbirin
əhəmiyyətindən danışdı. Tədbirin profilaktik xarakter daşıdığını bildirən V.İsmayılov
buna baxmayaraq, bir anlıq da olsa həyəcan
yaşadıqlarını nəzərə
çatdırdı. Sözügedən hadisələr
zamanı ayıq olmağı və həmin vaxt nəzəri biliklərdən
istifadə etməyin zəruriliyini diqqətə
çatdıran V.İsmayılov
siniflərdə müşahidələr
aparıldığı zaman
şagirdlərin mülki
müdafiə biliklərinin
yüksək səviyyədə
olduğunu qeyd etdi.
Tədbirdə şagirdlərin iştirakı ilə tibb manqasının yaralıya tibbi yardım göstərilməsi,
yanğın zamanı
yanğınsöndürmə manqasının üzvlərinin
yanğının söndürülməsi,
əleyhqaz və sairə vasitələrdən
istifadə olunması
qaydaları nümayiş
etdirildi.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.10.