"Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda tədbir

  

Bakıdakı 170 nömrəli tam orta məktəbdə "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının  alınmasına hazırlanması" mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl məktəbin foyesində mülki müdafiəyə aid  təşkil olunmuş sərgiyə və müxtəlif fotostendlərə  baxılıb. Sonra qonaqlar mülki müdafiədən  II "a" və II "b" siniflərində təşkil olunmuş  "açıq dərs"lərdə iştirak ediblər.

Məktəbin direktoru  Nuranə Mirzəyeva çıxış edərək   şagirdlərin təlim-tərbiyəsində   tədbirin tərbiyəvi  əhəmiyyətindən söz açıb və təhsil ocağında mülki müdafiə ilə  əlaqədar görülən işləri qeyd edib.

Sabunçu Rayon Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik-leytenant Ə.Hacıyevin "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda çıxışı şagirdləri daha çox  bilgiləndirib. İdarənin əməkdaşı, mayor İlqar Səfərov    torpaqlarımızın 20 faizinin işğal altında olduğu  bir vaxtda şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsində  mühüm rol  oynayan bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini  vurğulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Fərman Abdullayev,  məktəbin mülki müdafiə üzrə  qərargah rəisi  Qəzənfər Kərimov, fövqəladə hallar komissiyasının sədri Kamilan Qocayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Ofelya Mehdiyeva və başqaları  çıxış edərək tədbirdə yaxından iştirak etdiklərinə görə   Sabunçu Rayon Mülki Müdafiə İdarəsinin rəhbərliyinə öz  minnətdarlıqlarını bildiriblər.

Sonda  müəllim və şagird kollektivi qonaqlarla birlikdə xatirə şəkli  çəkdirib.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2013.- 8 mart.- S.10.