Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ali
təhsil müəssisələrinin tələbələri arasında
musiqi ifaçılarının müsabiqəsinin
keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Mədəni irsimizin qorunub saxlanılmasında,
inkişaf etdirilməsində, onun geniş təbliğində,
dünya miqyasında şöhrət tapmasında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin çox
böyük və əvəzsiz xidmətləri olmuşdur.
Ali təhsil müəssisələrinin tələbələrinin
musiqi sahəsindəki istedadlarını üzə
çıxarmaq və inkişaf etdirmək məqsədilə
ƏMR
EDİRƏM:
1. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə ali təhsil
müəssisələrinin tələbələri
arasında musiqi ifaçılarının müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və münsiflər heyətinin tərkibləri təsdiq
olunsun (əlavə 1, 2).
3. Müsabiqə qaliblərinin seçilməsi Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti tərəfindən həyata keçirilsin.
4. Ali təhsil müəssisələrinin rəhbərləri
müsabiqənin əsasnaməyə uyğun olaraq təşkili
və keçirilməsini təmin etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə
iş şöbəsi (A.İbrahimov) müsabiqənin təşkili
və yüksək səviyyədə keçirilməsi ilə
bağlı lazımi təşkilati işləri həyata
keçirsin.
6. Müsabiqənin keçirilməsi ilə
bağlı xərclərin ödənilməsi Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 2013-cü ilə təsdiq olunmuş xərclər
smetasının müvafiq xərc maddələrində nəzərdə
tutulmuş vəsait hesabına müəyyən edilmiş
qaydada həyata keçirilsin.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev)
müsabiqənin keçirilməsi ilə bağlı xərclərin
ödənilməsi məqsədilə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
2013-cü ilə təsdiq olunmuş xərclər
smetasında müvafiq vəsaitin ayrılmasını təmin
etsin.
8. Respublikanın şəhər və rayonlarında fəaliyyət
göstərən ali təhsil müəssisələrindən
seçim turlarında və qaliblərin yekun konsertində
iştirak edəcək tələbələrin ezamiyyə xərcləri
onların təhsil aldıqları ali təhsil müəssisələri
hesabına ödənilsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını və əsasnamə
ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini
təmin etsin.
10. Ümumi şöbə (X.Fərəcov) əmr və
əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini
təmin etsin.
11. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 mart
2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.2.