İlk peşə-ixtisas təhsili müəssisələrində
ixtisas və fənn proqramları
üzrə imtahanların təşkilinin və istehsalat təcrübəsinə
hazırlıq vəziyyətinin monitorinqi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
2013-cü il fevral ayının
11-15-də Bakı şəhərinin 3, 6, 9, 14, 17 saylı
peşə liseylərində və 1, 6 saylı peşə məktəblərində
ixtisas və fənn proqramları üzrə
imtahanların təşkilinin və istehsalat
təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqi keçirilmişdir.
Monitorinq keçirilən təhsil
müəssisələrində imtahanlar
ümumilikdə "Peşə məktəbi və peşə
liseylərində imtahanların aparılması və
şagirdlərin kursdan-kursa keçirilməsi
haqqında" təlimata uyğun
keçirilsə də, bəzi müəssisələrdə
müəyyən çatışmazlıqlar aşkar
edilmişdir. Müəyyən edilən
çatışmazlıqların aradan
qaldırılması, gələcəkdə imtahanların və
istehsalat təcrübəsinin daha səmərəli şəkildə təşkil
edilməsi məqsədi ilə
ƏMR EDİRƏM:
1. İmtahan
keçirilən "İKT proqramları", "Mühasibat uçotu"
fənlərindən imtahanqabağı hazırlıq işlərini
qismən yerinə yetirdiklərinə görə 17 ¹-li Bakı peşə liseyinin
direktoru Qəhrəman Hacıyevə və
həmin liseyin tədris istehsalat
işləri üzrə direktor müavini Azad Qədirova, tədris planının tələblərinə əməl etmədiyi üçün isə 1 ¹-li
Bakı peşə məktəbinin direktoru
Pərviz Əliyevə Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə
əsasən xəbərdarlıq edilsin.
2. İmtahanların və istehsalat təcrübəsinin təşkil
edilməsi işində əmək müqaviləsi üzrə
əmək funksiyalarını və
öhdəliklərini yerinə yetirmədiyinə
görə 1 ¹-li Bakı peşə məktəbinin tədris-istehsalat işləri
üzrə direktor müavini
Nazim Nağıyevlə
bağlanmış əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin
"ç" bəndinə əsasən
ləğv edilməlidir. Lakin onun uzun
müddət işlədiyini, inzibati tənbeh
almadığını və öz xahişi ilə vəzifədən azad olunması üçün
ərizə yazdığını nəzərə alaraq, onunla
bağlanmış əmək müqaviləsi ƏM-nin 69-cu
maddəsinə əsasən 01.03.2013-cü il
tarixdən ləğv edilsin.
3. 3 ¹-li
Bakı peşə liseyinin direktoru S.Məmmədovaya
tapşırılsın ki, imtahanlara hazırlıq mərhələsində
və imtahanların keçirilməsi prosesində işəgötürən
təşkilatların nümayəndələrinin cəlb
edilməsini təmin etsin və imtahan suallarının praktika
yönümlü olmasına üstünlük versin.
4. Texniki-peşə təhsili
şöbəsi (N.Məmmədov) gələcəkdə imtahanların mövcud
normativ-hüquqi sənədlərin tələblərinə
uyğun keçirilməsini təmin etsin.
5. İlk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
tapşırılsın:
5.1. İmtahanlar mövcud normativ-hüquqi sənədlərin tələblərinə
uyğun həyata keçirilsin.
5.2. İmtahan biletlərinin tərtib edilməsi
zamanı praktika yönümlü
sualların üstünlük təşkil
etməsinə əməl olunsun.
5.3. Təhsil
alanların ixtisas dərəcələrinin
vaxtında müəyyən edilməsi məqsədi ilə mərhələli
attestasiyaların keçirilməsi qaydalarına əməl olunsun.
5.4. İmtahan verənlərin bilik
və bacarıqlarının praktikaya uyğunluğu işini daha da təkmilləşdirmək
məqsədi ilə işəgötürən təşkilatların
nümayəndələrinin imtahanlarda
iştirakı təmin edilsin.
6. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Sənətkar"
jurnalında dərc edilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət
Aparat rəhbəri İ.Pirməmmədova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 mart
2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.2.