"Ağ ölümə yox
deyək"
Martın
12-də paytaxtın Xətai rayonunda yerləşən 171 nömrəli tam
orta məktəbdə "Narkomaniya əsrin bəlası" mövzusunda "Ağ
ölümə yox deyək" devizi altında tədbir keçirildi.
Tədbirdə məktəbin müəllim-şagird
kollektivi ilə yanaşı, Xətai Rayon İcra Hakimiyyəti
başçısının müavini Xeyrulla Hüseynli, Xətai
Rayon Polis İdarəsinin,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri, Respublika Narkoloji Mərkəzin baş
həkiminin müavini Afət Məmmədova
və digər şəxslər iştirak
edirdilər. Öncə iştirakçılar məktəbin
şagirdlərinin iştirakı ilə
hazırlanmış bir gəncin narkomaniyaya necə
düçar olması və onun həkimlərin və ictimaiyyətin
köməyi ilə yenidən həyata qaytarılmasına həsr
edilmiş səhnəciyə baxdılar.
Məktəbin
direktoru İradə Murquzova
qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən
danışdı. Bildirdi ki,
əsrin bəlası olan narkomaniya
problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Son illərdə dünyada narkotiklərə nəzarət, narkomaniya
ilə mübarizə istiqamətində bir
sıra ciddi tədbirlər görüldüyünü deyən İradə
Murquzova
ümumbəşəri bir problemə
çevrilən narkomaniyanın fəsadlarından söz açdı. Qeyd edildi ki, narkomaniyaya
qurşananlar təhsilə, işə,
ailəyə, dostlarına maraqlarını itirir və
özlərini cəmiyyətdən təcrid edirlər.
Beləliklə də insan həyatı zəhərlənir.
Buna görə
də ümumbəşəri
problemin profilaktikası sahəsində Azərbaycanda
da bir sıra məqsədyönlü proqramlar həyata keçirilir.
İ.Murquzova narkomaniya
ilə mübarizədə ən effektiv
vasitələrdən biri kimi
maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin
və buna məhz təhsil müəssisələrində
daha geniş yer verilməsinin vacibliyini
vurğuladı.
Tədbirdə
çıxış edən Xətai
Rayon İcra Hakimiyyəti
başçısının müavini Xeyrulla Hüseynli gənclərin
pis vərdişlərdən uzaq olması və sağlam
həyat tərzi üçün narkomaniyaya qarşı mübarizədə hər
bir Azərbaycan vətəndaşının
üzərinə böyük vəzifə düşdüyünü bildirdi.
Narkomaniyaya və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizənin dövlət siyasətinin
ayrılmaz tərkib hissəsi olduğunu
bildirən X.Hüseynli mövcud
problemlə bağlı həyata keçirilən dövlət
proqramlarından danışdı.
Tədbirdə
Respublika Narkoloji Mərkəzin
baş həkiminin müavini
Afət Məmmədova, BŞTİ-nin
nümayəndəsi Uğurlu Abbasov və başqaları
çıxış edərək tədbirin əhəmiyyətindən
söz açdılar.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.7.