Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi daha bir uğura imza atdı

 

Martın 3-4-də Belçikada keçirilən gənc skripkaçıların V "Bravo" Beynəlxalq müsabiqəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinif şagirdi Aytən İbrahimova I yerə layiq görülərək laureat adını qazanmışdır.

Bu, Aytən İbrahimovanın birinci uğuru deyil. Belə ki, o, 2012-ci ildə gənc istedadların I İslam Dünyası gənclərinin klassik musiqi ifaçılarının beynəlxalq festival-müsabiqəsində I yerə layiq görülmüşdür. Gənc ifaçı həmçinin Rusiyada V.Spivakovun fondu tərəfindən təşkil olunan "Moskva dostları qarşılayır" Beynəlxalq festivalına fərdi dəvət almış qaliblərin "Qala konserti"ndə çıxış etmişdir. İstedadlı skripkaçının dəfələrlə xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə çıxışları olmuşdur.

Aytən İbrahimovanın müəllimi, əməkdar müəllim, professor Fatimə İdyatulinadır.

 

 

R.RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2013.- 15 mart.- S.11.